Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycanda gənclər siyasəti mühüm nəticələr verir - Nadir Adilov

    3 Fevral 2026 14:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    BMT İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin sədr müavini Nadir Adilov 2 fevral – Gənclər Günü ilə bağlı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında çıxış edib.

    AzerVoice Newscenter.az-a istinadən xəbər verir ki, o, Gənclər Gününün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən təsis olunduğunu vurğulayaraq, bu günün gənclərin inkişafında xüsusi rol oynadığını qeyd edib.

    Nadir Adilov bildirib ki, Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinə böyük diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsində hər il yüzlərlə gənc əmək bazarında layiqli yer tutur və karyera inkişafı üçün dövlət tərəfindən geniş imkanlar yaradılır.

    Çıxışında o, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta da toxunaraq, bu sənədin 16 dekabr 1966-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edildiyini və 3 yanvar 1976-cı ildə qüvvəyə mindiyini xatırladıb. 2016-cı ilin oktyabr ayına olan məlumata görə, 173 dövlət Pakta qoşulub. Bəzi ölkələr isə əmək hüquqları ilə bağlı müddəaları qəbul etməyib. Azərbaycan bu Pakta 13 avqust 1992-ci ildə qoşulub və həmin tarixdən etibarən onun tərəfdaşıdır.

    Nadir Adilov qeyd edib ki, Pakta qoşulmaqla ölkəmiz aşağıdakı sahələrdə beynəlxalq öhdəlik götürüb:

    ● İqtisadi hüquqlar: İşləmək, ədalətli əmək şəraiti, sosial təminat.
    ● Sosial hüquqlar: Sağlamlıq, təhsil, ailə qorunması.
    ● Mədəni hüquqlar: Mədəni həyatda iştirak, elmi tərəqqidən faydalanmaq.

    Bu öhdəliklər dövlətimizin yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da vətəndaşların, xüsusən gənclərin inkişafına verdiyi önəmi və sadiqliyini göstərir. O, Azərbaycanın bu sahədə gördüyü işlərin mütərəqqi, mühüm və alqışa layiq olduğunu vurğulayıb.

    Nadir Adilovun sözlərinə görə, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi iştirakçı dövlətlərin Pakt üzrə öhdəliklərinə uyğunluğunu və hüquqların icra səviyyəsini izləyir.

    Komitə fəaliyyətində müxtəlif mənbələrdən, o cümlədən dövlətlərin təqdim etdiyi hesabatlardan və BMT-nin ixtisaslaşmış qurumlarının məlumatlarından istifadə edir. Bunlara Beynəlxalq Əmək Təşkilatı, UNESCO, Dünya Səhiyyə Təşkilatı, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı, Qaçqınlar üzrə Ali Komissarlıq və digər qurumlar daxildir.

    Əlavə olaraq, Komitə qeyri-hökumət təşkilatlarının, beynəlxalq insan hüquqları qurumlarının və digər açıq mənbələrin məlumatlarına da əsaslanır. O, beynəlxalq monitorinqin fərdi şikayətlərin araşdırılması ilə birbaşa əlaqəli olmadığını qeyd edərək fikirlərini tamamlayıb.

    Sonda Nadir Adilov vurğulayıb ki, Azərbaycanın beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlarda gənclərin iqtisadi, sosial və mədəni hüquqları sahəsində görülən işlər digər sahələrdə olduğu kimi təqdirəlayiqdir.

    Nadir Adilov fikirlərini ölkəmizdə inkişaf edən könüllülük hərəkatının gənclərin karyera, əmək bazarında inkişafında rolu məsələlərini qeyd etməklə tamamlayıb.

    #Azərbaycan #BMT #Heydər Əliyev #Gənclər Günü #BMT İqtisadi #Sosial və Mədəni Hüquqlar Komitəsi #Nadir Adilov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    17 Fevral 2026 17:05

    Əlilliyin qiymətləndirilməsində süni intellektin tətbiqi genişlənir

    17 Fevral 2026 14:21

    Keçən ay 30 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

    17 Fevral 2026 14:13

    Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

    16 Fevral 2026 17:40

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    16 Fevral 2026 15:37

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    16 Fevral 2026 15:32

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    14 Fevral 2026 19:24

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    14 Fevral 2026 14:34

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    14 Fevral 2026 14:25

    2018-2025-ci illərdə Nazirlik tərəfindən işlə təmin edilənlərin illik sayı 3,6 dəfə artıb

    13 Fevral 2026 17:14

    Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

    13 Fevral 2026 16:41

    Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

    13 Fevral 2026 16:37
    XƏBƏR LENTİ

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.