Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İtaliya Qəzza və Fələstində sabitləşmə prosesində iştirak edə bilər

    22 Dekabr 2025 22:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayaninin sözlərinə görə, Qəzza və Fələstində gələcək bərpa və ya keçid mərhələsində iştirak etmək üçün İtaliya tərəfindən hərbi kontingentin cəlb olunması ilə bağlı müraciətlər daxil olur.

    AzerVoice-un məlumatına görə, A.Tayani bu barədə Cibutidə yerləşən İtaliya Hərbi Dəstək Bazasında və “Antonio Marçelya” freqatında italiyalı hərbçilərlə görüşü zamanı açıqlama verib.

    Nazir bildirib ki, İtaliya hərbçiləri müxtəlif regionlarda sülhün təmin olunmasında mühüm rol oynayır və onların peşəkarlığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Qəzza və Fələstin üçün mümkün yenidənqurma və keçid mərhələsində də İtaliya hərbi varlığının tələb olunması bunun göstəricisidir.

    Tayani qeyd edib ki, İtaliya hərbçiləri Serbiya–Kosovo xətti, Albaniya və Monteneqroda olduğu kimi, müxtəlif bölgələrdə uyğunlaşma qabiliyyəti və əməliyyat imkanları ilə seçilir.

    O, İtaliyanın dəniz ticarətinin təxminən 40 faizinin Qırmızı dənizdən keçdiyini bildirərək, Avropa İttifaqının 2024-cü ilin fevralından etibarən bölgədə həyata keçirdiyi “Aspides” missiyası çərçivəsində italiyalı hərbçilərin iştirakı sayəsində ölkəsinin iqtisadi maraqlarının qorunduğunu vurğulayıb.

    Sudandakı qeyri-sabitliyə də toxunan A.Tayani, bu ölkədə vəziyyətin pisləşməsinin İtaliya üçün qeyri-qanuni miqrasiya riskləri yaratdığını qeyd edib.

    #Beynəlxalq təhlükəsizlik #Qırmızı dənizdə təhlükəsizlik #İtaliya Qəzza və Fələstin üçün hərbi missiya ehtimalını açıqlayıb #Roma Qəzza bölgəsində mümkün beynəlxalq missiya barədə danışıb #İtaliya XİN: Qəzza üçün hərbi mövcudluqla bağlı müraciətlər var #İtaliya Qəzza və Fələstində sabitləşmə prosesində iştirak edə bilər #Qəzzada yenidənqurma #Fələstində sabitlik #beynəlxalq hərbi mövcudluq #sülhməramlı fəaliyyət #İtaliya Qəzza üçün niyə hərbi iştirakdan danışır #Qəzza və Fələstində beynəlxalq missiya planları #İtaliyanın Yaxın Şərqdə təhlükəsizlik rolu #Qəzzada keçid dövründə hansı ölkələr iştirak edə bilər #Avropa İttifaqının Qırmızı dəniz strategiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişi üzrə iclas keçirəcək

    23 Dekabr 2025 09:37

    Cənubi Koreya DeepSeek yükləmələrini qadağan edib

    17 Fevral 2025 15:32

    İranın nüvə sazişini həyata keçirmək üçün vaxt daralır - MAQATE

    14 Fevral 2025 20:09
    XƏBƏR LENTİ

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.