Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ABŞ dronları hava məkanımızı pozur - Əfqanıstan

    3 Noyabr 2025 14:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid, ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozduğunu və bu dronların Pakistan ərazisindən keçərək daxil olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, Mücahid “Tolo News” telekanalına açıqlamasında deyib ki, İstanbulda keçirilən danışıqlarda Pakistan tərəfi Əfqanıstan ərazisinin onlara qarşı istifadə edilməməsini tələb edib, eyni şəkildə Kabil də Pakistan ərazisinin və hava məkanının Əfqanıstana qarşı istifadəsinə etirazını bildirib.

    “Doğrusu, Amerika dronları Əfqanıstan səmasında fəaliyyət göstərir, Pakistan hava məkanından keçərək bizim hava məkanımızı pozurlar. Biz Pakistan hökumətindən bu vəziyyətin qarşısını almağı tələb etmişik,” – deyə Mücahid vurğulayıb.

    Əfqan rəsmisi bildirib ki, Əfqanıstan və Pakistan arasında Doha və İstanbulda aparılan danışıqlarda hələlik həll olunmayan yeganə məsələ Pakistan Talibanu (TTP) problemidir. İslamabad hökuməti Əfqanıstandan Pakistan daxilində TTP-nin fəaliyyətini məhdudlaşdırmağı istəyib, lakin Kabil bu məsələnin öz səlahiyyətindən kənar olduğunu bəyan edib.

    Zabihullah Mücahid ABŞ-ın 2001-ci ildəki işğalından sonra ölkədə yerləşən ən böyük hərbi baza – Baqram Hərbi Bazasına da toxunaraq bildirib ki, “bu bazanı ələ keçirməyə çalışan və ya keçmişdə Əfqanıstanla qarşıdurmada olan bəzi qüvvələr bölgədə təxribatlar və təzyiqlərlə sabitliyi pozmaq niyyətindədir”.

    Xatırladaq ki, Pakistan və Əfqanıstan arasında baş verən sərhəd toqquşmalarının ardından 15 oktyabrda elan edilən 48 saatlıq atəşkəs, Türkiyə və Qətərin dəstəyi ilə Doha danışıqlarının sonuna qədər uzadılmışdı.

    Doha görüşlərinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da qatılmışdı.

    Müzakirələrin əsas mövzusunu “atəşkəsin uzadılması və son sərhəd qarşıdurmalarının həlli” təşkil edib. 14 saat davam edən danışıqların sonunda tərəflər razılığa gəlib və texniki komitənin ilk iclasının İstanbulda keçirilməsi qərara alınıb.

    Bu məqsədlə Pakistan və Əfqanıstan nümayəndə heyətləri 25–30 oktyabr tarixlərində İstanbulda görüşüblər.

    #Pakistan #PUA #Əfqanıstan #Zabihullah Mücahid #PUA hücumu #Pilotsuz uçuş aparatı (PUA) #PUA-lara qarşı müdafiə #Pakistan-Əfqanıstan sərhədi #Pakistan Əfqanıstan sərhədi təhlükəsizliyi #Əfqanıstan-Pakistan münasibətləri #Pakistan ordusu və ABŞ əlaqələri #Əfqanıstan–Pakistan–Türkiyə əməkdaşlığı #Pakistan-Əfqanıstan #Pakistan və Əfqanıstan arasında gərginlik #Pakistan və Əfqanıstan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub

    25 Dekabr 2025 13:10

    Əfqanıstanın polis rəisi Tehranda öldürülüb

    25 Dekabr 2025 12:28

    Pakistanda baş verən terror aktında beş polis həlak olub

    23 Dekabr 2025 12:27

    Pakistan və İran XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

    21 Dekabr 2025 18:54

    Pakistanın sabiq Baş nazirinə hökm oxundu

    20 Dekabr 2025 11:53

    ABŞ Tayvana 10 milyard dollardan çox dəyərində silah satışı paketini elan edib

    18 Dekabr 2025 11:06

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    15 Dekabr 2025 23:04

    İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

    11 Dekabr 2025 12:39

    Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub

    9 Dekabr 2025 16:25

    Pakistan - Əfqanıstan sərhədində yenidən gərginlik yaranıb

    6 Dekabr 2025 13:05

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    5 Dekabr 2025 01:00
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Bəhreynə kimyəvi maddə ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Braziliya millisinin üzvü yeni kluba keçib

    Türkiyənin Tekirdağ limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Türkiyədən Qırğızıstana avtomobil ixracı azalıb (ÖZƏL)

    "Qalatasaray"ın yarımmüdafiəçisi komandadan ayrılacaq

    Ronaldo karyerasındakı qollarının sayını 956-ya çatdırıb

    Türkiyənin İskenderun limanı 56 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    ABŞ universiteti BMT məruzəçisini siyahıdan sildi – səbəb nədir?

    Dünyanın ən zəif valyutaları açıqlandı: siyahıya ərəb ölkəsi başçılıq edir

    Yuxuda mühasirədə olmaq nə deməkdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.