Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Niderlandda ümumi seçkilər başlayıb

    29 Oktyabr 2025 13:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Niderlandda keçirilən ümumi seçkilərdə səsvermə prosesi bu gün başlayıb. Ölkədə yerli vaxtla saat 10:30-da başlayan səsvermə 23:00-a qədər davam edəcək.

    Seçkilərdə 27 siyasi partiya və min 166 namizəd parlamentdəki 150 yer uğrunda mübarizə aparır. Namizədlər arasında 34 türk mənşəli siyasətçi də yer alır. Ekspertlərə görə, heç bir partiyanın 76 deputatlıq çoxluq əldə edərək təkbaşına hökumət qurması gözlənilmir.

    İlkin nəticələrin gecə gec saatlarda, rəsmi nəticələrin isə 7 noyabrda açıqlanacağı bildirilib. Səsvermə başa çatdıqdan sonra Niderland mediası çıxış anketlərini (exit poll) yayımlamağa başlayacaq.

    Rəsmi nəticələr elan edildikdən sonra hökumət qurmaq üçün danışıqlar mərhələsi başlayacaq. Ən çox mandat qazanan partiyanın digər siyasi qüvvələrlə koalisiya müzakirələrinə başlaması gözlənilir. Analitiklər bu prosesin bir neçə gün, hətta aylarla davam edə biləcəyini istisna etmirlər.

    Son illərdə ardıcıl koalisiya hökumətləri ilə idarə olunan Niderlandda, hökumət qurmaq üçün parlamentdəki 150 deputatdan ən azı 76-nın dəstəyi tələb olunur.

    Qeyd edək ki, ölkədə 2024-cü ilin iyulunda formalaşan dördlü koalisiya hökuməti, ifrat sağçı PVV partiyasının miqrasiya siyasəti ilə bağlı fikir ayrılığı səbəbilə 3 iyun tarixində, bir ilini tamamlamadan dağılmışdı.

    Avqust ayında isə İsrailə qarşı sərt tədbirlərin görülməməsi səbəbilə NSC partiyasının da hökumətdən çəkilməsi nəticəsində, hazırda koalisiyada yalnız VVD və BBB partiyaları qalıb.

    Son 4 hökumətin hamısı miqrasiya siyasətindəki ziddiyyətlər üzündən vaxtından əvvəl seçkilərə getməyə məcbur olub. Bu səbəbdən Niderland qısaömürlü hökumətlər və tez-tez keçirilən seçkilər dövrünü yaşayır.

    #Niderland #seçkilər #parlament seçkiləri #Niderland seçkiləri #Niderland siyasəti #Avropa siyasəti #səsvermə prosesi #türk mənşəli namizədlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING

    31 Yanvar 2026 09:59

    Livan Prezidenti parlament seçkilərinin vaxtında keçiriləcəyini təsdiqləyib

    25 Dekabr 2025 15:53

    Niderland millisinin üzvü "Fənərbaxça"ya keçir

    20 Dekabr 2025 09:13

    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub

    18 Dekabr 2025 10:38

    Liviya 2026-cı ilin aprelində prezident və parlament seçkilərinə hazırlanmağa başlayıb

    9 Dekabr 2025 13:00

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Qırğızıstan Nazirlər Kabinetinin sədri erkən parlament seçkilərində səs verib

    30 Noyabr 2025 16:06

    Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlər müzakirə olunub

    17 Noyabr 2025 18:47

    Sudani parlament seçkilərində böyük qələbə qazanıb

    12 Noyabr 2025 14:19

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Ukrayna Macarıstanla və ya onsuz Aİ-yə üzv olacaq - Zelenski

    6 Oktyabr 2025 16:40

    Sanae Takaichi Yaponiyanın ilk qadın Baş Naziri seçildi

    4 Oktyabr 2025 10:08
    Demo
    XƏBƏR LENTİ

    “Sahibkar” anlayışını kim formalaşdırıb?

    Ateist ideoloq Riçard Dovkinsin adı Epşteyn istintaqında hallanıb

    Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

    Tarixdə bu gün - 3 fevral

    Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb

    Rusiya Kəşfiyyatı Makronun bəzi Afrika ölkələrində çevriliş planlaşdırdığını iddia edib

    Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib

    Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub

    Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp

    A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.