Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ŞƏT beynəlxalq ədalətin və sivilizasiyalararası anlaşmanın tərəfdarıdır - Si Cinpin

    1 Sentyabr 2025 10:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Çin Dövlət Başçısı Si Cinpin, Şanxay Əməkdaşlıq Təşkilatının çoxtərəflilik prinsipi ilə və beynəlxalq bərabərlik və ədalətin tərəfində duraraq, hegemonçuluğa və güc siyasətinə qarşı təsirli bir gücə çevrildiyini söylədi.

    AzerVoice xəbər verir ki, Si Cinpin, Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tiencin şəhərində keçirilən 25-ci Dövlət Başçıları Şurasının Toplantısının açılışında çıxış edib.

    Təşkilatın yaradıldığı gündən bəri çoxtərəflilik prinsipi ilə hərəkət etdiyini, geniş məsləhətləşməyə və faydaların paylaşılmasına əsaslanan bir qlobal idarəetmə anlayışı ortaya qoyduğunu bildirən Si "ŞƏT, beynəlxalq bərabərlik və ədalətin tərəfində dayanaraq, sivilizasiyaların əhatəliliyini və bir-birindən öyrənməsini müdafiə edərək, hegemonçuluğa və güc siyasətinə qarşı təsirli bir gücə çevrildi." - deyə qeyd edib.

    Çin lideri, təşkilat üzvlərinə fərqlilikləri bir kənara qoyaraq əməkdaşlığı və həmrəyliyi inkişaf etdirmək çağırışı edərək,"Bərabər və nizamlı çoxqütblü bir dünyanı və ümumi şəkildə əhatəli bir iqtisadi qloballaşmanı müdafiə etməli, qlobal idarəetmə sistemini daha bərabər və ədalətli etməliyik." - deyə vurğulayıb.

    Si, ŞƏT-in üzv, müşahidəçi üzv və dialoq tərəfdaşı olmaqla 26 ölkənin iştirakı ilə dünyanın ən geniş regional təşkilatına çevrildiyinə diqqət çəkdi.

    O, 50-dən çox sahəyə yayılan əməkdaşlığın təxminən 30 trilyon dollar dəyərində bir iqtisadi nəticə verdiyini bildirdi.

    Si, Çinin ŞƏT-ə üzv ölkələrlə ticarətinin 2,3 milyard dolları keçdiyini, investisiyalarının isə 84 milyard dollara çatdığını vurğulayıb.

    Si, ölkəsinin bu il ŞƏT üzvü olan ölkələrə 2 milyard yuan (280 milyon dollar) yardım edəcəyini və ŞƏT Banklararası Konsorsiumu çərçivəsində üzv ölkələrin banklarına 10 milyard yuan (1,4 milyard dollar) kredit təqdim edəcəyini açıqladı.

    Çin lideri, növbəti 5 ildə ŞƏT üzvü olan ölkələrdə “Luban Emalatxanası” adlanan peşə təhsili mərkəzlərindən 10 ədəd açmağı və 10 min nəfərə peşə təhsili verməyi öhdəsinə götürüb.

    #Şanxay Əməkdaşlıq Təşkilatı #Çin Dövlət Başçısı Si Cinpin (Xi Jinping) #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) #Enerji infrastrukturu #Çin xarici siyasəti #ŞƏT 2025 #İqtisadi qloballaşma
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran beynəlxalq təşkilatlarda fəal iştirakı ilə iqtisadi imkanları genişləndirir - Pezeşkian

    22 Noyabr 2025 16:17

    Çin Tayvana mümkün amfibi əməliyyat üçün mülki donanmanı hərbiləşdirir

    21 Noyabr 2025 18:48

    Qətər Baş naziri ŞƏT Hökumət Başçıları Şurasının iclasında iştirak edib

    18 Noyabr 2025 23:29

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    Özbəkistan UNESCO-nun 43-cü Baş Konfransına ev sahibliyi edəcək

    29 Oktyabr 2025 15:28

    Çin prezidenti ilə görüşümüz məhsuldar olacaq - Tramp

    25 Oktyabr 2025 21:15

    Tramp oktyabrın 30-da Si Cinpinlə görüş keçirəcək - Ağ Ev

    23 Oktyabr 2025 22:32

    Tramp Asiya səfərində Si Cinpin ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edəcək

    23 Oktyabr 2025 11:06

    Tramp Çin lideri ilə iki həftə içində görüşəcəyini açıqlayıb

    17 Oktyabr 2025 16:29

    Sualtı kapsullar təhlükəsizlik və elmi araşdırmalarda yeni imkanlar açacaq

    28 Sentyabr 2025 16:00

    Hindistan XİN Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı yalan danışmağa davam edir, Bakı cavab tədbirləri görəcək - Mənbə

    6 Sentyabr 2025 11:47

    İmperiya zərbə endirir: Si gücünü nümayiş edir

    2 Sentyabr 2025 20:51
    Demo
    XƏBƏR LENTİ

    Riyadın 2025 gündəliyi: Qəzza, Suriya, müdafiə sazişləri və vasitəçilik təşəbbüsləri

    Sudanın Suveren Şurasının sədri Türkiyəyə səfər edəcək

    AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür

    Tarixdə bu gün – 25 Dekabr

    Prezident İlham Əliyev ad gününü ailə üzvləri ilə qeyd edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Təmiz Dünya sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar

    Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb

    Əlcəzair Fransanın müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanun qəbul edib

    Ankaradakı təyyarə qəzasında həlak olan Liviya rəsmilərinin cəsədləri məhkəmə-tibbi ekspertizaya təhvil verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.