BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ-ın Kolorado ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
AzerVoice xəbər verir ki, NBC News-un, Morqan dairəsi Şerif İdarəsinə istinadən verdiyi məlumata görə, eyni anda Fort Morqan Hava Limanına enməyə çalışan iki kiçik təyyarə havada bir-biri ilə toqquşub.
Rəsmi şəxslər hər iki təyyarədə iki nəfərin olduğunu, qəza nəticəsində bir nəfərin həlak olduğunu, üç nəfərin isə yaralandığını bildiriblər.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı təhlükəsizlik araşdırmasına başlayıb.