BAKI, AzerVoice, Nailə Babazadə
Almaniya, NATO-nun “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) çərçivəsində 500 milyon dollar dəyərində hərbi yardım paketini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb.
AzerVoice xəbr verir ki, Almaniya Müdafiə Nazirliyi PURL proqramı ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Almaniya digər müttəfiqləri ilə birlikdə, ümumi dəyəri 500 milyon dollara çatan ilk genişmiqyaslı hərbi yardım paketlərindən birini maliyyələşdirməyə hazırdır.
ABŞ-ın Ukraynaya silah və sursat təmin etməyə davam etmək istəyi üçün təşəkkür ifadə olunan açıqlamada, Almaniyanın bu təşəbbüsə qoşulmaq qərarının Ukraynaya olan dəstəyi əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb.
Nazirlik əlavə edib ki, Almaniya hökuməti yardımın detalları ilə bağlı NATO və digər müttəfiqlərlə sıx məsləhətləşmələr aparır.