BAKI, AzerVoice, Zeynəb Raminqızı
Mütəxəssislər müasir həyatın daimi informasiya axını fonunda zehni yorğunluğun artdığını bildirir.
BAKI, AzerVoice xəbər verir ki. bu barədə Klinik psixoloq və yazar Rabia Yavuz TRT Xəbərə açıqlamasında bildirib. O zehni yorğunluğun diqqət, qərarvermə və məlumat emal sistemlərinin həddindən artıq işləməsi nəticəsində baş verdiyini qeyd edərək, bunun unutqanlıq, diqqət dağınıqlığı və qərarsızlıqla özünü büruzə verdiyini qeyd etmuşdir.
Yavuzun fikrincə, informasiya bolluğu və rəqəmsal stimullaşdırmalar beynin idrak gücünü tükəndirir. "Beynimiz davamlı aktiv qalır, çünki daimi əlaqə və məlumat axını ona nəfəs almağa imkan vermir," – deyə o qeyd edir.
Yavuzun sözlərinə görə, müasir insanın şüuru daim stimula öyrəşdiyi üçün sükutda boşluq hissi yaranır. Halbuki bu sükut daxili yenilənmənin bioloji əsasını yaradır.
Psixoloji istirahətin mümkün olduğunu deyən mütəxəssis “Zehni tətil informasiya axınından və qərarvermə proseslərindən uzaqlaşmaqla mümkündür.”- deyə vurğulayır.
Təbiətdə vaxt keçirmək, rəqəmsal cihazlardan uzaq durmaq və duyğularla yaşamaq – bütün bunlar zehni rahatlatmaq üçün əsas vasitələrdir.
Rabia Yavuz qeyd edir ki, yuxu və fiziki tətil mühüm olsa da, təkbaşına kifayət deyil. Əgər tətil planlı və dolu keçirilsə, bu da zehni yora bilər. Əsas məqsəd zehni yüklənməni azaltmaq və boşluğa yer açmaqdır.
Mütəxəssis sosial medianın və ekran qarşısında keçən zamanın zehnin fasiləsiz stimullaşdırılmasına səbəb olduğunu bildirir. Bu isə diqqət əskikliyi və kognitiv qabiliyyətlərin azalması ilə nəticələnir.
Rabia Yavuz zehni istirahət üçün sadə və tətbiqi tövsiyələr verir:
Təbiətdə zaman keçirmək;
Ekranlardan şüurlu şəkildə uzaq durmaq;
Musiqi dinləmək, yazmaq;
Nəfəs və zehinlilik məşqləri etmək.
Tətilə çıxa bilməyənlər üçün də zehni dincəlmək mümkündür. Yavuz gündəlik həyata inteqrasiya oluna biləcək sadə, lakin təsirli metodlar təklif edir. Məsələn: Bir stəkan çayı şüurlu şəkildə içmək; qısa piyada gəzintiləri; təbiətlə təmas; dərin nəfəs məşqləri və s.
Uşaqlı ailələrin zehni məkanlarını qoruması üçün gündəlik rutinlərdə sərhədlər qoyması, tapşırıqları bölüşməsi və rəqəmsal detoks tətbiq etməsi vacibdir.
Yavuz xəbərdarlıq edir ki, uzunmüddətli zehni laqeydlik diqqət pozğunluğu; yaddaş zəifliyi; qərarvermə çətinliyi; tükənmişlik sindromu kimi ciddi problemlərə yol aça bilər.