BAKI, AzerVoice, Nərmin Ağayeva
İsrail müdafiə naziri İsrail Katz İranın ali lideri Əli Xameneiyə sərt xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, Katz iyunda baş verən 12 günlük İsrail-İran müharibəsi zamanı onu öldürməklə hədələyən Xameneiyə , “gizləndiyi yerdən başını qaldırıb, göyə baxaraq bütün səs-küyə diqqətlə qulaq asmağı” tövsiyə edib. Bu, İsrail pilotsuz təyyarələrinin fəaliyyəti ilə bağlı işarə kimi qəbul edilir.
Nazirin bu açıqlaması Tehran tərəfindən yayılan, İsrailin yüksək rütbəli rəsmilərinin sui-qəsd hədəfi kimi göstərildiyi infoqrafikaya cavab olaraq verilib. Bu qrafik müharibə dövründə İran rəsmilərinin qətllərini ictimailəşdirmək məqsədilə istifadə olunur.
Qeyd edək ki, həmin infoqrafikanın mənbəyi və yayımlanma dairəsi hələlik məlum deyil, amma Katz tərəfindən yenidən gündəmə gətirilib.