Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ChatGPT psixi sağlamlıq tədbirləri əlavə edir: Uzun söhbətlərdə istifadəçilərə fasilə tövsiyə olunacaq

    10 Avqust 2025 16:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    OpenAI, ChatGPT istifadəçilərinin texnologiyaya emosional asılılığının qarşısını almaq və psixi sağlamlıqlarını qorumaq məqsədilə yeni tədbirlər həyata keçirib.

    AzerVoice xəbər verir ki, OpenAI həyata keçirəcəyi sağlamlıq tədbirləri barədə tətbiq etdiyini açıqlayıb.

    Şirkətin məlumatına görə, artıq chatbotla uzun müddət əlaqədə olan şəxslərə fasilə vermələri üçün xatırlatmalar təqdim olunacaq.

    Bu addım, The Independent nəşrinin yayımladığı və aprel ayında dərc olunmuş bir araşdırmadan sonra atılıb. Həmin araşdırmada tədqiqatçılar xəbərdarlıq ediblər ki, maniya, psixoz və ya ciddi emosional böhran əlamətləri göstərən şəxslər chatbotun “təhlükəli və ya uyğun olmayan” cavabları ilə üzləşə bilirlər. Bu isə istifadəçilərin vəziyyətini daha da ağırlaşdıra bilər.

    OpenAI, bu halların qarşısını almaq üçün bu ilin əvvəlində tətbiq edilən 4o modelinin bəzən "yaxşı səsləndiyini" lakin "faydalı olmadığını" etiraf edərək həmin yeniləməni geri çəkib. Şirkət bazar ertəsi yaydığı açıqlamada bildirib: “Etdiyimiz hər şey düzgün deyil.”- deyə bildirib.

    Yeni tədbirlər çərçivəsində OpenAI, 30-dan çox ölkədən 90-dan çox həkimlə əməkdaşlıq edərək chatbotun kompleks və çoxşaxəli söhbətləri qiymətləndirməsi üçün fərdi meyarlar hazırlayıb. Məqsəd, istifadəçilərdə emosional asılılıq və ya psixi gərginlik əlamətlərini vaxtında aşkar etmək və onları sübuta əsaslanan resurslara yönləndirməkdir.

    Şirkət əlavə edib ki, ChatGPT artıq yüksək riskli şəxsi qərarlarda, məsələn, “Sevgilimlə ayrılmalıyam?” sualı kimi müraciətlərdə konkret cavablar verməkdənsə, istifadəçini düşünməyə sövq edəcək suallar verməklə qərarverməyə dəstək göstərəcək.

    OpenAI-nin bildirdiyinə görə, yüksək riskli şəxsi qərarlar üçün daha etik və dəstək yönümlü cavab modeli üzərində işlər davam edir və yaxın vaxtlarda bu funksiya istifadəyə veriləcək.

    #ChatGpt #ChatCPT #OpenAI #Microsoft və OpenAI hərbi texnologiya #Pulsuz ChatGPT abunəliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropalı alimlər mindən çox xəstəliyi illər əvvəldən proqnozlaşdıran süni intellekt hazırlayıb

    21 Sentyabr 2025 14:10

    Süni intellekt və reallıqdan qopma riski - psixoloji təsirlərə dair narahatlıqlar artır

    13 Sentyabr 2025 14:20

    ABŞ hərbi sahədə süni intellekt tətbiqini genişləndirir

    4 Sentyabr 2025 18:40

    Yalançı İncil və saxta peyğəmbərlər - Dəccal alqoritmi - Lavender, Where’s Daddy? və The Gospel

    4 Sentyabr 2025 15:28

    OpenAI ChatGPT-yə valideyn nəzarəti əlavə edir

    31 Avqust 2025 15:00

    Microsoft-da İsrailə texnoloji dəstəyə qarşı 2 işçi işdən çıxarılıb

    28 Avqust 2025 13:27

    Mask App Store-un inhisarına qarşı hüquqi mübarizə başladır

    27 Avqust 2025 10:50

    Grok söhbətləri ictimaiyyətə sızdırır - Şəxsi məlumatlar risk altındadır

    25 Avqust 2025 11:41

    Grok İlon Maskla bağlı sui-qəsd planları hazırlayır

    23 Avqust 2025 12:24

    OpenAI dünyanın ən dəyərli özəl texnologiya şirkəti olmağa yaxınlaşır

    7 Avqust 2025 09:17

    Süni super zəka insan zəkasını üstələməyə doğru irəliləyir

    3 Avqust 2025 09:18

    Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

    2 Avqust 2025 09:05
    Demo
    XƏBƏR LENTİ

    Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir

    İşsizlikdən sığorta fondunun xərcləri gələn il 5,7 milyon manat artaraq 266,4 milyon manata çatacaq

    Gələn il DSMF əhaliyə builkindən 800 milyon manat çox vəsait ödəyəcək

    Səudiyyənin Pakistana 10 milyard dollarlıq investisiya planı qüvvədədir - Məhəmməd Əurəncəb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib

    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    ABŞ-Səudiyyə münasibətləri strateji və iqtisadi cəhətdən dərinləşir

    Bütün imkanlarımızla dost və qardaşlarımızın yanındayıq-Ərdoğan

    Azərbaycan-Ermənistan arasında sülh danışıqlarını davam etdirəcək İşçi Qrup fəaliyyətə başlayıb

    İsrail ordusu Livanın cənubuna hücum həyata keçirəcəyini açıqlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.