Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Avropalı alimlər mindən çox xəstəliyi illər əvvəldən proqnozlaşdıran süni intellekt hazırlayıb

    21 Sentyabr 2025 14:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Avropadakı tədqiqatçılar bir şəxsin sağlamlıq tarixçəsinə əsaslanaraq minlərlə xəstəliyin riskini illər öncədən təxmin edə bilən yeni süni intellekt modeli yaradıb.

    Araşdırmaya görə, Delphi-2M adlı bu sistem İngiltərənin yarım milyon iştirakçıya dair biomedikal məlumatlarını əhatə edən UK Biobank bazasında hazırlanıb.

    Modelin əsası “transformer” memarlığına əsaslanır — bu texnologiya həm də ChatGPT-nin təməlini təşkil edir.

    “Tibbi diaqnoz ardıcıllıqlarını anlamaq, mətndəki qrammatik qaydaları öyrənməyə bənzəyir. Delphi-2M, hansı diaqnozların birlikdə və hansı ardıcıllıqla ortaya çıxdığını öyrənir”- deyə Almaniya Xərçəng Araşdırma Mərkəzindən Moritz Gerstung bildirib.

    Araşdırmalar göstərib ki, model xüsusilə infarkt kimi xəstəliklərdə risk səviyyəsini yaş və klassik göstəricilərin fövqündə müəyyən edə bilir. Tədqiqatçılar sistemi əlavə olaraq Danimarkanın iki milyon nəfəri əhatə edən dövlət səhiyyə məlumatları üzərində də sınaqdan keçirərək nəticələri təsdiqləyiblər.

    Mütəxəssislər bu texnologiyanın ümidverici nəticələr göstərsə də, hələ klinik istifadəyə hazır olmadığını bildirirlər. İngilis tədqiqatçı Piter Bannister məlumat bazalarının yaş, etnik mənsubiyyət və mövcud sağlamlıq göstəricilərinə görə qərəzli ola biləcəyinə diqqət çəkib.

    Buna baxmayaraq, alimlər hesab edir ki, gələcəkdə bu tip sistemlər səhiyyədə inqilabi dəyişikliklərə yol aça bilər. Belə alqoritmlər sayəsində:

    • xəstələr daha yaxından izlənə biləcək,
    • profilaktik tədbirlər vaxtında görüləcək,
    • səhiyyə sistemlərində resurslardan daha səmərəli istifadə ediləcək.
    • Minlərlə xəstəliyi eyni anda təhlil edir

    Hazırkı proqram təminatları adətən yalnız ürək tutması və ya insult kimi tək bir xəstəlik üzrə risk analizi apara bilir. Delphi-2M isə eyni vaxtda 1000-dən çox xəstəliyin uzunmüddətli riskini təxmin etmək imkanına malikdir.a

    #ChatGpt #Sağlamlıq riski #Delphi-2M #Xəstəliklərin proqnozlaşdırılması #Avropa alimləri #Tibbi diaqnoz #Səhiyyə sistemində süni intellekt #Tibb texnologiyaları #Biomedikal məlumatlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün ChatGPT, generativ süni intellekt çatbotu, istifadəyə verildi

    30 Noyabr 2025 07:37

    Süni intellekt və reallıqdan qopma riski - psixoloji təsirlərə dair narahatlıqlar artır

    13 Sentyabr 2025 14:20

    Əzələləri qoruyaraq arıqlamaq - mütəxəssis tövsiyələri

    31 Avqust 2025 19:00

    OpenAI ChatGPT-yə valideyn nəzarəti əlavə edir

    31 Avqust 2025 15:00

    Mask App Store-un inhisarına qarşı hüquqi mübarizə başladır

    27 Avqust 2025 10:50

    Grok söhbətləri ictimaiyyətə sızdırır - Şəxsi məlumatlar risk altındadır

    25 Avqust 2025 11:41

    ABŞ-da yanacaq zavodunda güclü partlayış olub

    23 Avqust 2025 11:10

    ChatGPT psixi sağlamlıq tədbirləri əlavə edir: Uzun söhbətlərdə istifadəçilərə fasilə tövsiyə olunacaq

    10 Avqust 2025 16:28

    Süni super zəka insan zəkasını üstələməyə doğru irəliləyir

    3 Avqust 2025 09:18

    Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

    2 Avqust 2025 09:05

    OpenAI yeni ChatGPT Agentini təqdim edib

    21 İyul 2025 11:37

    OpenAI-nin yeni agenti - Süni intellektdə növbəti mərhələ

    18 İyul 2025 13:00
    Demo
    XƏBƏR LENTİ

    Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges kimdir?

    Kolumbiya xarici işlər naziri xarici təcavüz halında hərbi cavab veriləcəyini bildirib

    Bu gün ABŞ-da ilk prezident seçicilərinin vaxtı təyin edildi

    Tarixdə bu gün – 7 yanvar

    Çin mediası Prezident İlham Əliyevin Çinə dair fikirlərindən yazır

    Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb

    İsrail və Somaliland münasibətlərin inkişaf etdirəcəkləri barədə bəyanat yayıblar

    ABŞ ictimai rəyində İsrailə dəstək zəifləyir

    Tayvanda F-16 qırıcısı qəzaya uğrayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.