Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ABŞ-da qızılca epidemiyası 33 ilin ən yüksək göstəricisindədir

    8 İyul 2025 11:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ-da qızılcaya yoluxma halları son 33 ilin rekordunu vurub.

    AzerVoice xəbər verir ki, ABŞ-da 2025-ci ilin əvvəlindən bu günədək 1277 nəfərdə qızılcaya yoluxma halı qeydə alınıb.

    Bu, 1990-cı ildən bəri ən yüksək göstəricidir. Qızılca epidemiyası 38 ştatı və paytaxt Vaşinqtonu əhatə edir, Texas isə 700-dən çox yoluxma ilə siyahıya başçılıq edir.

    Mütəxəssislər aşağı peyvəndlənmə səviyyəsini və anti-vaksin təbliğatını əsas səbəblər kimi göstərirlər. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) yoluxanların 92 faizinin ya peyvəndsiz, ya da peyvənd statusu məlum olmayan şəxslər olduğunu açıqlayıb.

    Qeyd olunur ki, 3 nəfər ölüb, 155 nəfər xəstəxanaya yerləşdirilib. Qızılcanın yayıldığı əsas icmalar arasında mennonitlər kimi peyvəndə qarşı olan dini qruplar da var.

    Epidemiya təhlükəsi ilə yanaşı, MMR (qızılca, parotit, məxmərək) peyvəndlərinə maraq da artıb. Məsələn, bu ilin ilk üç ayında Texasda 173.000 doza tətbiq olunub ki, bu da ötən ilə nisbətən 15.000 doz artır.

    Qızılca 2000-ci ildə ABŞ-da aradan qaldırılmış xəstəlik elan edilsə də, yayılmanın bu sürətlə davam etməsi statusun itirilməsinə səbəb ola bilər.

    Qeyd edək ki, qızılca epidemiyası ABŞ-dan kənarda da yayılıb – Kanada və Böyük Britaniyada minlərlə yoluxma halı aşkarlanıb. Mütəxəssislər qlobal miqyasda vaksinasiya səviyyəsinin artırılmasının vacibliyini vurğulayırlar.

    #ABŞ #qızılca #Texas #Vaşinqton #epidemiya #qızılca epidemiyası #Epidemiyalara qarşı kollektiv müdafiə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün minlərlə insan Vyetnam müharibəsinə qarşı Vaşinqtonda etiraz etdi

    21 Oktyabr 2025 00:26

    Lavrov və Rubio Putin–Tramp görüşünü müzakirə edib

    20 Oktyabr 2025 20:07

    Trampın adını daşıyan sülh mükafatı təsis edilə bilər

    20 Oktyabr 2025 18:16

    İsrail Qəzzada hücumlarını davam etdirir

    20 Oktyabr 2025 12:50

    ABŞ-da Trampa qarşı kütləvi etiraz aksiyaları keçirilib

    19 Oktyabr 2025 11:45

    ABŞ atəşkəsin pozulmasında işğalçını deyil, qurbanı ittiham edir - HƏMAS

    19 Oktyabr 2025 11:38

    Misir İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesini bərpa etməyə çalışır

    18 Oktyabr 2025 20:58

    Qətər Maliyyə naziri Efiopiya, Özbəkistan və Liviya nazirləri ilə görüşüb

    18 Oktyabr 2025 18:26

    ABŞ-ın vitse-prezidenti Vens və xüsusi elçisi Uitkof İsrailə səfər edəcək - Trampın Qəzza planı gündəmdə

    18 Oktyabr 2025 18:20

    Bu gün ABŞ Alyaskanı öz ərazisinə qatdı

    18 Oktyabr 2025 09:43

    İspaniya cəzalandırılmalıdır - Tramp

    17 Oktyabr 2025 22:36

    Tramp keçmiş müşaviri Con Boltonun həbsi ilə bağlı qalmaqalın mərkəzində

    17 Oktyabr 2025 21:12
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Fransaya sement ixracı 147 milyon dolları keçib (ÖZƏL)

    Ərdoğan və Əl Tani Dohada ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

    Fransa Rafale döyüş təyyarələrinin sayını artırmağa hazırlaşır

    Uqandada dəhşətli yol qəzasında ən azı 63 nəfər həlak olub

    Böyük Britaniya Qəzzada sabitliyin bərpasına dəstək üçün İsrailə hərbçilər göndərib

    Ərəb dənizində 1 milyard dollara yaxın narkotik ələ keçirilib

    Azərbaycan-Ermənistan sülh sazişi demək olar ki, hazırdır - Baş nazir

    Türkiyədə Qazaxıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    Müasir dini təhsil modeli mənəvi dəyərlərlə qlobal çağırışlar arasında balans yaratmalıdır - Ramin Məmmədov

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.