BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Fransaya sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 147 milyon 428 min 37 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin sentyabr ayında Fransaya sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,8 dəfə azalaraq, 10 milyon 265 min 61 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 3 milyard 353 milyon 191 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 383 milyon 280 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 4 milyard 402 milyon 383 min dollar məbləğində sement ixrac edib.