Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Fransa Rafale döyüş təyyarələrinin sayını artırmağa hazırlaşır

    22 Oktyabr 2025 12:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fransa hökuməti Dassault Aviation tərəfindən istehsal olunan Rafale döyüş təyyarələrinin sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

    AzerVoice xəbər verir ki,ölkənin 2026-cı il dövlət büdcəsi layihəsində Müdafiə Nazirliyinin hazırkı 225 ədədlik hədəfi 286 təyyarəyə qədər yüksəltməyi nəzərdən keçirdiyi qeyd olunub.

    Rəsmi sənədlərdə bildirilir ki, “proqramın məqsədi Hərbi Proqramlaşdırma Qanunu (LPM) çərçivəsində planlaşdırılan qüvvə strukturu ilə uyğun şəkildə tənzimlənə bilər”. Bu ifadə Parisin gələcəkdə daha çox Rafale sifarişinə açıq olduğunu göstərir.

    Son illərdə Avropanın təhlükəsizlik mühitində baş verən dəyişikliklər Fransanı müdafiə xərclərini artırmağa sövq edib. Prezident Emmanuel Makron ilin əvvəlində çıxış edərək bildirmişdi ki, “Dünya indi heç vaxt olmadığı qədər təhlükəli və qeyri-müəyyəndir,”və buna görə də müdafiə büdcəsinə əlavə vəsait ayrılacağını elan etmişdi.

    Ekspertlərin fikrincə, Rafale təyyarələrinin sayının artırılması həm Fransanın milli təhlükəsizlik imkanlarını gücləndirmək, həm də Avropa müdafiə sənayesini dəstəkləmək məqsədi daşıyır.

    2019–2025-ci illəri əhatə edən əvvəlki Hərbi Proqramlaşdırma Qanunu çərçivəsində Fransa Hərbi Hava və Kosmik Qüvvələri üçün 185, Dəniz Qüvvələri üçün isə 40 Rafale təyyarəsi olmaqla ümumilikdə 225 ədəd təyyarə planlaşdırmışdı.

    Yeni plana əsasən, bu say 2035-ci ilə qədər 286 təyyarəyə çatdırıla bilər. Artımın əsas məqsədi həm köhnəlmiş aviasiya parkının yenilənməsi, həm də ihracat müqavilələri səbəbilə azalan ehtiyatların bərpasıdır.

    Bundan əlavə, 2024-cü ildə baş vermiş aviasiya qəzasının ardından iki əlavə Rafale təyyarəsinin 2026-cı ildə sifariş olunması planlaşdırılır.

    #Fransa #pilotsuz döyüş təyyarəsi #Döyüş təyyarələri və helikopterlər #Rafale döyüş təyyarələri #Rafale qırıcıları #Dassault Aviation #Hərbi Proqramlaşdırma Qanunu (LPM)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Fransaya kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    12 Noyabr 2025 16:59

    G7 Xarici işlər nazirləri Kanadada qlobal məsələləri müzakirə edəcək

    12 Noyabr 2025 12:05

    Türkiyədən Fransaya xalça ixracı 21 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 11:00

    Makron Suriyanı İŞİD- ə Qarşı Beynəlxalq Koalisiyaya Qoşulmağa Çağırdı

    7 Noyabr 2025 14:31

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Fransa prezidentinin müşaviri Bakıda bir sıra görüşlər keçirib

    4 Noyabr 2025 21:16

    Türkiyədən Fransaya xalça ixracı 18 milyon dolları keçib (ÖZƏL)

    2 Noyabr 2025 17:00

    Çexiya Qəzza və Livan hücumlarında xidmət etmiş İsrail əsgərini ölkədən çıxarıb

    29 Oktyabr 2025 16:14

    Türkiyədən Fransaya hazır geyim ixracı azalıb (ÖZƏL)

    29 Oktyabr 2025 10:36

    Bu gün İsrail Misirə hücum etdi

    29 Oktyabr 2025 00:30

    Bricit Makrona qarşı kiberzorakılıq ittihamı ilə 10 nəfər mühakimə olunur

    28 Oktyabr 2025 02:00

    Türkiyədən Fransa elektrik avadanlıqları ixracı 54 milyon dolları keçib (ÖZƏL)

    26 Oktyabr 2025 16:00
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan-Gürcüstan sərhədində təyyarə qəzası ilə bağlı axtarış-xilas işləri davam edir - Duran

    Azərbaycan-Banqladeş ikitərəfli əməkdaşlığı müzakirə edib

    “China Datang Corporation Ltd.” şirkətinin sədri ilə görüş keçirilib

    Tayland sülh müqaviləsini dayandırdıqdan sonra Kambocaya atəş açıb

    Mədəniyyət Nazirinin keçmiş müşavirinə AQC-də yeni vəzifə verildi

    Türkiyədən Fransaya kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    İran, Çin və Rusiya MAQATE ilə nüvə məsələlərini müzakirə edib

    Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq planı imzalanıb

    Təyyarəmizin qara qutusu tapılıb, araşdırmalar başladılıb - Ərdoğan

    Şeybani Londona gedərək ikitərəfli məsələləri müzakirə edəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.