Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ABŞ Netanyahudan bezib? – Vaşinqton-Təl-Əviv münasibətlərində gərginlik

    20 May 2025 15:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    “Qəzzanın hər nöqtəsinə nəzarət edəcəyik” – Netanyahu regionu silkələyən bəyanat verdi. İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzaya dair son açıqlaması beynəlxalq arenada ciddi rezonans doğurdu. O, İsrailin Qəzza zolağının istisnasız olaraq hər qarışına hərbi nəzarət quracağını bəyan etdi. Bu bəyanat HƏMAS-ın məhv edilməsi və israilli girovların azad olunması məqsədi ilə həyata keçirilən “Gideonun Arabaları” əməliyyatı fonunda səsləndirilib. Netanyahu bildirib ki, yaxın günlərdə ABŞ-la birlikdə Qəzzada humanitar yardımın bölgə əhalisinə çatdırılması üçün paylayıcı mərkəzlər də yaradılacaq. Məqsəd yardımların HƏMAS-ın əlinə keçməsinin qarşısını almaq və bölgədə tam nəzarət bərqərar etməkdir.

    AzerVoice xəbər verir ki, Trend BİA-nın baş direktorunun müavini, siyasi şərhçi Rufiz Hafizoğlu məsələ ilə bağlı Crossmedia.az--a açıqlama verib. Onun sözlərinə görə, Qəzza ilə bağlı prosesləri təhlil edərkən ABŞ-ın bu məsələyə münasibəti mütləq şəkildə nəzərə alınmalıdır:

    “Artıq müharibənin iki ili tamam olur və bu müddət ərzində baş verən hadisələrə diqqətlə yanaşmaq vacibdir. “Əqsanın tufanı” əməliyyatı başladığı 7 oktyabr tarixində İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, bu məsələ bir həftə ərzində həll olunacaq. Netanyahu bildirmişdi ki, bir həftəyə HƏMAS yer üzündən silinəcək, Qəzza HƏMAS-ın nəzarətindən azad ediləcək və bölgədə sülh bərqərar olacaq. Lakin iki il keçməsinə baxmayaraq, İsrail hökuməti HƏMAS-ı tam şəkildə məhv edə bilməyib.

    HƏMAS-ın hərbi potensialı zəifləsə də, təşkilat tam sıradan çıxmayıb. Netanyahu digər çıxışlarında İsrail əsirlərinin hamısının geri qaytarılacağını vəd etsə də, bu da reallaşmayıb. Onun son bəyanatlarında bildirilir ki, hazırda HƏMAS-ın girovluğunda 20-yə yaxın israilli əsir qalır.

    Netanyahu bu prosesi nəinki həll edə bilmədi, əksinə, onu daha da mürəkkəbləşdirdi. Bu gün bir çox israilli siyasətçi və ekspert onu yəhudi xalqının ən uğursuz lideri adlandırır ”.

    Rufiz Hafizoğlu əlavə edib ki, müharibənin ən acı nəticəsi 150 min insanın həyatını itirməsidir:

    “Minlərlə insan itkin düşüb, on minlərlə qadın və uşaq həlak olub. Buna baxmayaraq, HƏMAS döyüşçülərinin dəqiq sayı barədə bu günə qədər beynəlxalq təşkilatlara rəsmi məlumat təqdim olunmayıb.

    Ən dramatik məqam ondan ibarətdir ki, bir HƏMAS üzvünün olduğu binanın bombalanması nəticəsində 150 nəfər mülki şəxs həyatını itirə bilir. Bu, nə hüquqa, nə məntiqə, nə də insani dəyərlərə uyğundur. HƏMAS İsrail üçün düşmən və ya terrorçu təşkilat ola bilər. Lakin bir nəfəri zərərsizləşdirmək naminə yüzlərlə günahsız insanın qətlə yetirilməsi heç bir halda haqlı sayıla bilməz. HƏMAS-ın tam məhv edilməsi istiqamətində atılan addımlar hələlik uğursuzluqla nəticələnib və bunun ən böyük bədəli Qəzza sakinlərinin üzərinə düşüb ”.

    Hafizoğlu bildirib ki, Benyamin Netanyahunun ABŞ-la münasibətləri hazırda ciddi gərginlik mərhələsindədir:

    "Bu gün artıq qəbul etməliyik ki, İsraillə ABŞ arasında deyil, şəxsən Benyamin Netanyahu ilə Vaşinqton arasında ciddi fikir ayrılığı mövcuddur. Xüsusilə də Donald Tramp dönəmindən bəri Netanyahu Birləşmiş Ştatlar üçün böyük bir yükə çevrilib. Burada söhbət İsrail dövlətindən yox, Netanyahunun şəxsindən gedir.

    Birinci səbəb ondan ibarətdir ki, Netanyahunun təklif etdiyi, müəllifi olduğu heç bir plan həyata keçməyib. Onun əsas planlarından biri Qəzzanın boşaldılması, yəni əhalinin oradan çıxarılması, HƏMAS-ın məhv edilməsi və girovların azad olunması idi. Amma bunların heç biri baş vermədi.

    Digər bir məsələ ondan ibarətdir ki, İsrail hökuməti ABŞ-la münasibətlərdə hərbi qarşıdurmaların dərinləşməsini açıq şəkildə dəstəkləyir və bu istiqamətdə ciddi cəhdlər göstərir. Halbuki bu gün ABŞ rəhbərliyi, xüsusilə İranla nüvə razılaşmasını sülh yolu ilə həll etməyə çalışır. Suriyayla bağlı məsələlərdə də eyni yanaşma müşahidə olunur. Bu da onu göstərir ki, Vaşinqtonun regionla bağlı mövqeyi Netanyahunun təmsil etdiyi İsrail hökumətindən fərqlənir.

    Trampın Suriya məsələsində dediyi kimi, Netanyahu ilə heç bir məsləhətləşmə aparılmayıb. Bu fakt bir daha təsdiq edir ki, Yaxın Şərq məsələlərində ABŞ və İsrail arasında ciddi fikir ayrılığı mövcuddur “.

    Hafizoğlu xatırladıb ki, bundan əlavə, İsrail daxilində də vəziyyət fərqlidir. İsrailli analitiklər Netanyahunun həm şəxsiyyəti, həm də siyasi fəaliyyəti ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər:

    “Birincisi, Netanyahu korrupsiya iddiaları ilə gündəmdədir. İkincisi, 7 oktyabr hadisələrinin tam şəkildə araşdırılmasına onun hökuməti tərəfindən maneələr yaradılır.

    Əgər bir vaxtlar ərəb-İsrail müharibələri yəhudi toplumunu birləşdirirdisə istər dindar, istər liberal, istərsə də demokrat kəsimi bu gün 7 oktyabr hadisələri tam əksinə, onları parçalamağa səbəb olub. Yəni həmin hadisələr yəhudi cəmiyyətində siyasətçilər, hərbçilər, dindarlar və digər təbəqələr arasında ciddi uçurum yaradıb.

    Netanyahunun heç bir siyasi uğur əldə edə bilməməsi, əslində, İsraildə sağçı-dini hərəkatların da süqutu deməkdir. Çünki Netanyahu bu ideologiyanın tək nümayəndəsi deyil. Onun rəhbərlik etdiyi hökumətdə azı dörd radikal sağçı, ultra-dindar yəhudi nazir var ki, bunlar nəinki ərəblərlə, ümumiyyətlə, İslam dünyası ilə münasibətlərin qurulmasına qarşı çıxırlar. Əksinə, yəhudi üstünlüyünü açıq şəkildə ifadə edirlər. Bu isə regionda çox ciddi təhlükələr doğurur.

    Bu gün İsrail cəmiyyəti son dərəcə parçalanmış vəziyyətdədir. Mərkəz sağ qüvvələr demək olar ki, süquta uğrayıb."

    Siyasi şərhçinin sözlərinə görə, dindar haredi yəhudilərin orduya çağırılması onların dövlətə olan inamını ciddi şəkildə sarsıtdı:

    “Qanuna əsasən, onlar əvvəllər orduya çağırılmır və hərbi xidmətə getmirdilər. Lakin sonradan qanun dəyişdirilərək bu kəsimin də hərbi xidmətə cəlb olunması qərara alındı. Bu, dindarlar arasında böyük narazılığa səbəb oldu.

    Hazırda İsrail Qəzzədə nisbi üstünlüyə malikdir. Ola bilsin ki, HƏMAS-ın bütün siyasi bürosu və hərbi qanadları məhv ediləcək. Ancaq işğal faktı yenə də qalacaq. Nə HƏMAS, nə də Hizbullah universal olaraq terror təşkilatı kimi tanınmır. Günün reallığı budur ki, İsrailə qarşı müqavimət hərəkatları mövcuddur və bu hərəkatlar bir sıra ölkələrdə, xüsusilə Avropanın bəzi dövlətləri istisna olmaqla, terror təşkilatı kimi qəbul edilmir. Məsələn, həmin ölkələrdə PKK belə terrorçu kimi tanınmayıb. Belə ikili yanaşma nəticə etibarilə daha böyük problemlərə yol açır.

    Konkret olaraq, İsrail 1967-ci il sərhədlərinə qayıtmayınca, bölgədə çox sayda uşaq yetim qalmağa davam edəcək. 10-15 ildən sonra yəhudi dövlətinin yaxasından yapışacaqlar – bütün bu cinayətlərə görə. Bu cinayətlər tarixdə unudulmayacaq.

    Benyaimn Netanyahu isə ilk növbədə yəhudi xalqını bölgədə ortaq yaşam prinsipindən uzaqlaşdıran bir baş nazir oldu. O, maksimum şəkildə çalışdı ki, yəhudi xalqı gələcəkdə təhlükəsiz və rahat yaşaya bilməsin”.

    #Rufiz Hafizoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran rejimi və nüvə təhlükəsi: regional gərginlikdə yeni mərhələ

    11 Fevral 2026 12:59

    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır

    8 Yanvar 2026 16:42

    Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

    8 Yanvar 2026 15:52

    Qəzza üçün sülh missiyası müzakirələri - Azərbaycan niyə ehtiyatlı mövqe tutur?

    29 Dekabr 2025 11:42

    Yaxın Şərq üzrə ekspert: Prezident İlham Əliyevin BƏƏ-yə səfəri yeni əməkdaşlıq imkanları yaradacaq

    19 Dekabr 2025 18:19

    907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərində yeni dövr açır - Rufiz Hafizoğlu

    11 Dekabr 2025 16:51

    Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır - Rufiz Hafizoğlu

    17 Noyabr 2025 11:44

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    Suriyada qanlı savaş davam edəcəkmi?

    2 Oktyabr 2025 18:40

    Azərbaycan son iki ildə regionda aparıcı siyasət yürüdərək BƏƏ üçün önəmli tərəfdaş olub - Rufiz Hafizoğlu

    19 Sentyabr 2025 17:57

    Azərbaycan–KKTC media əməkdaşlığı - Rufiz Hafizoğlu fəxri mükafatla təltif olunub

    19 Sentyabr 2025 13:59

    Azərbaycanın BƏƏ ilə münasibətləri çoxvektorlu siyasətin uğurlu nümunəsidir - Rufiz Hafizoğlu

    17 Sentyabr 2025 12:10
    XƏBƏR LENTİ

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

    Abaza Mehmed Paşa kimdir? Yüksəlişdən edama gedən yol

    Prezident İlham Əliyev: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

    Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub

    Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.