Əsas səhifə » Rusiya Google-u 3.8 milyon rubl cərimələyib

Rusiya Google-u 3.8 milyon rubl cərimələyib

Bakı,AzerVoice

Rusiyada məhkəmə YouTube-da videoya girişi bloklamadığına görə Google-u 3,8 milyon rubl (təxminən 42 min dollar) cərimələyib.

AzerVoice xəbər verir ki, Google-a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Məhkəmə Rusiya əsgərləri üçün “təslim olma üsulları”nın yer aldığı videoya girişin YouTube-da bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və Google-a 3,8 milyon rubl cərimə kəsilməsinə qərar verib.

Qeyd edək ki, Google əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi və Rusiyada da YouTube-a giriş bloklanmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice