Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilib

    25 Dekabr 2025 10:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Dəməşqdə Suriya təhlükəsizlik qüvvələri ilə ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyasının birgə keçirdiyi əməliyyat nəticəsində terror təşkilatı İŞİD-in sözdə Dəməşq üzrə məsul şəxsi və onun bir neçə köməkçisi saxlanılıb.

    AzerVoice xəbər verir ki, Suriyanın rəsmi dövlət televiziyası El-İhbariyye Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən bildirib ki, əməliyyat koalisiya qüvvələri və ölkənin daxili təhlükəsizlik bölmələrinin koordinasiyası ilə həyata keçirilib.

    Nəticədə İŞİD-in sözdə Dəməşq üzrə məsul şəxsi, “Əbu Ömər Tayba” ləqəbli Taha əz-Zubi ələ keçirilib.

    Dəməşq Kənd Əraziləri üzrə Daxili Təhlükəsizlik Komandanı Əhməd Dalati qeyd edib ki, uzunmüddətli kəşfiyyat və izləmə tədbirlərindən sonra Muaddamiyyə rayonunda İŞİD-ə məxsus hücrəyə qarşı birgə əməliyyat təşkil olunub. Əməliyyatda Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi və beynəlxalq koalisiya qüvvələri iştirak edib.

    Dalati bildirib ki, əməliyyat zamanı “Əbu Ömər Tayba” kod adlı Taha əz-Zubi və onun bəzi köməkçiləri üzərlərində partlayıcı kəmərlərlə birlikdə saxlanılıb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

    #İŞİD #Suriya #İŞİD terror təşkilatı #Dəməşq #Suriya xəbərləri #İŞİD-ə qarşı mübarizə #Suriyada İŞİD əməliyyatı #Dəməşq antiterror əməliyyatı #İŞİD terror şəbəkəsi #Dəməşqdə İŞİD əməliyyatı #ABŞ koalisiyası Suriya əməliyyatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Riyadın 2025 gündəliyi: Qəzza, Suriya, müdafiə sazişləri və vasitəçilik təşəbbüsləri

    25 Dekabr 2025 04:00

    Qəzza və Suriyadan geri çəkilməyəcəyik - İsrail XİN

    24 Dekabr 2025 10:17

    Siyasətdə emosiyalara yer yoxdur: daimi dostluqlar da, əbədi müttəfiqlər də olmur

    23 Dekabr 2025 12:14

    Sanksiyalardan sonra Suriyanın yenidən qurulması: fürsətlər və risklər

    23 Dekabr 2025 11:49

    Günəş Rəqqada və Həsəkədə doğacaq: Hələbdə mülki əhali hədəfdə

    23 Dekabr 2025 09:52

    İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT

    22 Dekabr 2025 19:16

    Görürük ki, SDQ irəliləyiş əldə etmək niyyətində deyil - Hakan Fidan

    22 Dekabr 2025 17:40

    Türkiyə və Suriya təhlükəsizlik gündəmini Dəməşqdə müzakirə edib

    22 Dekabr 2025 14:44

    Türkiyə SDQ-yə Ultimatum verdi

    20 Dekabr 2025 12:37

    ABŞ Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib

    20 Dekabr 2025 09:21

    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlar: 170 şübhəli saxlanılıb

    19 Dekabr 2025 10:02

    İraq müharibəsindən sonra dövlət institutlarının transformasiyası və regional təsirlər

    17 Dekabr 2025 02:00
    Demo
    XƏBƏR LENTİ

    ABŞ Prezidenti Donald Tramp Demokratları sərt tənqid edərək bayram təbrikləri göndərib

    NFC ödənişlərinin tətbiqi genişlənir

    Fransadan Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    Birinci vitse-prezident Mehriban Əliyeva AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib

    Türkiyə və Belarus viza tələblərinin qarşılıqlı ləğvi protokoluna dəyişiklik edib

    Hondurasda prezident seçkilərini fələstin əsilli namizəd qazandı

    Bacım təyyarə qəzasında qəhrəmanlıq nümayiş etdirdi - Hökümə Əliyevanın qardaşı

    Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilib

    Atam uçuşu bitirib, Yeni İli bizimlə qeyd etmək istəyirdi - Milli Qəhrəmanın qızı

    İnanırıq ki, təyyarə qəzasına səbəb olan cinayətkarlar ifşa olunacaq - Hökümə Əliyevanın yoldaşı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.