Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Ailələrindən ayrı düşən yüzlərlə sudanlı uşaq qaçqın düşərgəsinə sığınıb - BMT

    28 Noyabr 2025 20:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Sudanın qərbində yerləşən Əl-Fəşir şəhərində son həftələrdə şiddətin kəskin artması minlərlə insanın bölgəni tərk etməsinə səbəb olub. Qaçış zamanı ailələrindən ayrı düşən yüzlərlə uşaq isə Taviladakı qaçqın düşərgəsinə sığınıb. AzerVoice xəbər verir ki, bu barədə BMT və beynəlxalq humanitar təşkilatlar məlumat yayıb.

    BMT-nin açıqlamasına görə, oktyabrın sonlarından etibarən Qərbi Dəfurun paytaxtı Əl-Fəşirdən qaçanların sayı 100 min nəfəri keçib. Çevik Dəstək Qüvvələrinin (RSF) şəhəri Sudan ordusunun nəzarətindən alması kütləvi köç dalğasını daha da sürətləndirib.

    UNICEF bildirir ki, 26 oktyabr–22 noyabr tarixləri arasında Əl-Fəşirdən təxminən 70 km qərbdə yerləşən Tavila düşərgəsinə valideynsiz və ya ailələrindən ayrılmış 354 uşaq daxil olub. Təşkilat qeyd edir ki, bu uşaqların çoxunun valideynləri qaçış zamanı öldürülüb, itkin düşüb və ya həbs olunub.

    UNICEF-in məlumatına əsasən, son bir ayda 84 uşaq ailələri ilə yenidən birləşdirilib. Tavilada bir çox beynəlxalq humanitar qurum Əl-Fəşirdəki döyüşlərdən təsirlənən mülki şəxslərə yardım göstərmək üçün fəaliyyət göstərir.

    Norveç Qaçqınlar Şurası isə ən azı 400 uşağın valideynsiz şəkildə Tavila düşərgəsinə çatdığını təsdiqləyib. Təşkilatın nümayəndəsi Matild Vu deyib ki, uşaqların bir qismi qohumlar, qonşular və hətta tanımadıqları şəxslərin köməyi ilə səhralıq ərazilərdən keçərək düşərgəyə gətirilib.

    Vu əlavə edib ki, uşaqlarda “aşkar aclıq, susuzluq və psixoloji travma əlamətləri” müşahidə olunur:
    “Bəziləri tamamilə susur, bəziləri mütəmadi ağlayır, gecələr qışqırır və ya aqressiv davranır”.

    RSF ilə ordu arasında qarşıdurma 2023-cü ildə hakimiyyət bölgüsü ilə bağlı gərginliyin artmasından sonra genişmiqyaslı müharibəyə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatı döyüşlərdə 40 min nəfərin öldüyünü, 12 milyon insanın isə yurdlarından didərgin düşdüyünü açıqlayıb. Humanitar təşkilatlar real rəqəmin daha yüksək ola biləcəyini bildirirlər.

    UNICEF-in Sudandakı nümayəndəsi Şeldon Yetts uşaqların “çaşqın, zəifləmiş və ciddi dərəcədə susuz qalmış vəziyyətdə” düşərgəyə çatdıqlarını vurğulayıb:
    “Uşaqların gördüyü zorakılıq təsəvvür edilə bilməz. Bəziləri analarının yoxa çıxmasını, bəziləri isə ailə üzvlərinin gözləri önündə güllələnməsini görüb”.

    Norveç Qaçqınlar Şurasının məlumatına görə, psixoloji dəstək göstərilməsinə baxmayaraq, uşaqların çoxu hələ də torpaq üzərində yatır və gün ərzində yalnız bir dəfə yemək tapa bilir. Vu deyib: “Biz bu uşaqlara dərhal yardım etməliyik. Sudanda sülhün gəlməsini gözləmək mümkün deyil”.

    RSF-in əsas qüvvəsi 2000-ci illərdə hökumət tərəfindən dəstəklənən və Dəfurdakı qətliamlarda ittiham edilən ərəb cancavid milislərindən ibarətdir. Həmin dövrdə təxminən 300 min insan həlak olmuşdu.

    Bu ayın əvvəlində RSF ABŞ vasitəçiliyi ilə təklif edilən humanitar atəşkəs planına razılıq versə də, Sudan ordusu bildirib ki, RSF tam şəkildə mülki ərazilərdən çıxmalı və tərksilah olunmalıdır.

    ABŞ Prezidenti Donald Tramp daha əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın müraciətindən sonra Sudandakı münaqişənin dayandırılması üçün səyləri artıracağını bəyan etmişdi.

    #Əl-Fəşərdən qaçan yüzlərlə uşaq valideynsiz şəkildə Tavila düşərgəsinə çatdı #UNICEF: Sudanda 354 uşaq ailəsindən ayrılıb #RSF hücumlarından sonra Dəfurda kütləvi köç: 100 min qaçqın #Uşaqlar aclıq və travma içində – Sudan böhranı dərinləşir #Norveç Şurası: 400-dən çox uşaq valideynsiz qaçıb #Sudanda ölüm sayı 40 mini keçdi – BMT #Əl-Fəşərdə ağır döyüşlərdən sonra Tavila humanitar mərkəzə çevrilib #UNICEF: Ayrılmış uşaqların bir qismi ailələri ilə birləşdirildi #Sudan ordusu RSF-in mülki ərazilərdən çıxmasını tələb edir #Tramp Sudan müharibəsinin dayandırılması üçün təşəbbüs irəli sürür #Əl-Fəşərdən kütləvi qaçış – uşaqlar travma içində #Tavilada uşaqların vəziyyəti – BMT-dən ağır hesabat #Sudanda humanitar böhran böyüyür: RSF hücumları #UNICEF uyarır: uşaq itkilərinin sayı arta bilər #Dəfurdakı son hücumlar bölgəni boşaldır #Uşaqlar təkbaşına səhranı keçərək düşərgəyə çatır #Humanitar təşkilatlar Sudana təcili yardım çağırır #Sudan savaşının uşaqlara təsiri – şok hesabat #RSF-in atəşkəs razılığı döyüşləri dayandırmadı #Sudan qaçqınları #Əl-Fəşər döyüşləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ailələrindən ayrı düşən yüzlərlə sudanlı uşaq qaçqın düşərgəsinə sığınıb - BMT

    28 Noyabr 2025 20:49

    Almaniya kansleri Fridrix Mers dekabrda İsrailə səfər edəcək

    28 Noyabr 2025 19:59

    Rəfahdakı tunellərdə doqquz HƏMAS döyüşçüsünün cəsədi aşkarlanıb

    28 Noyabr 2025 19:29

    Sudan münaqişəsində ölənlərin sayı 40 minə çatıb - BMT

    28 Noyabr 2025 16:49

    Atəşkəsdən sonra İsrail hücumlarında 335 nəfər həlak olub - Livan

    28 Noyabr 2025 13:45

    Səudiyyə Hərbi Dəniz Qüvvələri Misirdə birgə dəniz təlimlərini tamamlayıb

    28 Noyabr 2025 12:32

    İsrail ordusu helikopter və top atəşi ilə Suriyaya hücum edib

    28 Noyabr 2025 10:55

    Rusiya Türkiyənin Ukrayna danışıqları üçün platforma təklifini yüksək qiymətləndirir - Zaxarova

    28 Noyabr 2025 02:00

    Türkiyə dünya nizamında mühüm yer tutur - Papa XIV Leo

    27 Noyabr 2025 19:53

    ABŞ beynəlxalq qüvvənin Qəzzəyə yerləşdirilməsi üçün 2026-cı ilin yanvarını hədəf seçib - İsrail mediası

    27 Noyabr 2025 19:23

    Döyüşlər yalnız Ukrayna qüvvələrinin mövqelərdən çıxması halında dayandırılacaq - Putin

    27 Noyabr 2025 18:51

    Suriya 150 min barel gündəlik gücə malik yeni neft emalı zavodu tikəcək

    27 Noyabr 2025 18:30
    Demo
    XƏBƏR LENTİ

    Ailələrindən ayrı düşən yüzlərlə sudanlı uşaq qaçqın düşərgəsinə sığınıb - BMT

    Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə dövlət komissiyalarının növbəti iclası Ermənistanda keçiriləcək

    Qəbələdə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti görüşü keçirilib

    Almaniya kansleri Fridrix Mers dekabrda İsrailə səfər edəcək

    Rəfahdakı tunellərdə doqquz HƏMAS döyüşçüsünün cəsədi aşkarlanıb

    Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib

    Clean Energy Capital MMC ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb

    Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub

    BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı yerləşmə vasitələri ilə görüş keçirilib

    Oktyabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracı 33 milyard dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.