Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İki ayağını Əfqanıstanda itirən Mast Suriya sanksiyalarının ləğvinə dəstək verib

    22 Noyabr 2025 22:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice, Orxan Qədirzadə

    ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı kongresmen Brian Mast uzun müddət əleyhinə çıxış etdiyi “Sezar Aktı” sanksiyalarının ləğvinə dəstək verdiyini bəyan edib. AzerVoice xəbər verir ki, Mast qərar dəyişikliyini ABŞ və Suriya keçid rəhbərliyinin qarşılıqlı öhdəlikləri daxilində şərti şəkildə dəstəklədiyini bildirib.

    Mastın mövqeyindəki dəyişiklik Konqresin Müdafiə Səlahiyyətləri Aktı (NDAA) üzrə danışıqları sürətləndirdiyi bir vaxtda baş verib və sənədin dekabrın əvvəlində səsverməyə çıxarılacağı gözlənilir.

    Konqres üzvü ABŞ administrasiyasının siyasətini əngəlləmədiyini vurğulayaraq bildirib ki, hazırkı qanun yalnız sanksiyaların altı aylıq dayandırılmasına imkan verir və bu, Suriyanın yeni mərhələsi üçün yetərli mexanizm deyil.

    Mast sanksiyaların tam ləğvinə razılıq versə də, qanuna təkrar tətbiq mexanizmi əlavə edilməsini tələb edir. Konqres mənbələrinə görə, müzakirə olunan şərtlər arasında azlıqların müdafiəsi, terrorla mübarizə tədbirləri və İsraillə uzunmüddətli sülh prosesinə qoşulma məsələləri yer alır.

    Şərtsiz ləğvi dəstəkləyən qanunvericilər isə hesab edir ki, sanksiyaların geri qaytarılması ilə bağlı istinadlar ABŞ şirkətləri və müttəfiq dövlətlər üçün investisiya riskini artıracaq və ölkədə bərpa prosesini ləngidəcək.

    Mastın mövqeyi bir neçə həftədir Ağ Ev, respublikaçı fraksiya və Prezident Donald Trampın milli təhlükəsizlik komandası ilə aparılan danışıqlardan sonra dəyişib.

    Tramp Suriyanın keçid prezidenti Əhməd Əl-Şəraa ilə görüş zamanı onu “çətin şəraitdən çıxıb güclü liderə çevrilən şəxs” adlandıraraq Vaşinqtonun Dəməşqdəki yeni hökumətə dəstəyini açıqlamışdı.

    2019-cu ildə qüvvəyə minmiş “Sezar Aktı” Suriya dövlət qurumları ilə maliyyə əməliyyatlarını qadağan edir və Dəməşqlə əməkdaşlıq edən xarici tərəflərə sanksiyalar tətbiq olunmasını nəzərdə tutur. Akt keçmiş rejimin insan haqları pozuntularına görə təzyiq aləti hesab edilir.

    Sanksiyaların ləğvinə qarşı çıxanlar hesab edir ki, bu addım keçid hakimiyyətinə “şərtsiz kredit” verəcək və bəzi konqres üzvlərinin Əl-Şəraa ilə bağlı keçmiş iddialar və azlıqlara münasibət mövzusundakı şübhələrini artıracaq.

    Veteran hərbçi olan Brian Mast 2010-cu ildə Əfqanıstanda mina partlayışı nəticəsində hər iki ayağını itirib. 2016-cı ildən siyasətdə fəaliyyət göstərir və respublikaçıların milli təhlükəsizlik məsələlərində ən sərt mövqeli simalarından biri sayılır. Tramp administrasiyası ilə yaxın əməkdaşlığı ilə tanınır və yaxın Şərq siyasətində təsirli fiqur hesab olunur.

    Son həftələrdə Mast “şərti ləğv” mövqeyini müdafiə etməklə həm Trampa uyğunlaşdığı, həm də respublikaçı “şahinlərin” təzyiq vasitələrini qoruduğu qənaətini formalaşdırıb.

    Qeyd edək ki, Mast sanksiyaların ən güclü müdafiəçilərindən biri idi.

    #Bəşər Əsəd #Bəşər Əsədin süqutundan sonra Suriya #Əhməd əş-Şəraa #ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi #Brian Mast #Sezar Aktı sanksiyaları #ABŞ-nin Suriya siyasəti #Yeni Suriya #ABŞ-nin keçmiş Suriyaya sanksiyaları #Konqresin Müdafiə Səlahiyyətləri Aktı (NDAA)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    BƏƏ Prezidenti Moskvaya səfər edəcək

    28 Yanvar 2026 16:22

    Suriya prezidenti sabah Moskvada Putin ilə görüşəcək

    27 Yanvar 2026 19:55

    Dəməşq ABŞ-ın dəstəyi ilə Süveydaya nəzarəti gücləndirməyə hazırlaşır

    26 Yanvar 2026 11:42

    Şəraa, Sudani və Bərzani ilə görüşdü

    21 Yanvar 2026 16:33

    Suriyada Kürd dili rəsmi dil elan edildi

    17 Yanvar 2026 11:40

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    Səudiyyə Ərəbistanının vəliəhdi Suriya prezidenti ilə bölgədəki vəziyyəti müzakirə edib

    6 Yanvar 2026 13:57

    Suriya Hələb şəhərində İŞİD-in Yeni il bayramı ilə bağlı terror planının qarşısının alındığını açıqlayıb

    1 Yanvar 2026 16:31

    Rusiyanın Əsəddən imtinasının pərdəarxası - Bab əl-Hava görüşünün detalları

    27 Dekabr 2025 15:40

    Əsədin devrilməsindən sonra ABŞ Suriya sanksiyalarını aradan qaldırır

    11 Dekabr 2025 13:06

    8 Dekabr Suriya Azadlıq Günü: Azadlıq uğrunda onillik mübarizənin simvolu

    9 Dekabr 2025 10:25
    XƏBƏR LENTİ

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    Prezident İlham Əliyev: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.