Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Çexiyada antisemitizm halları rekord həddə çatıb

    21 Noyabr 2025 22:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice, Orxan Qədirzadə

    Çexiyada antisemitizm halları 2024-cü ildə rekord səviyyəyə yüksəlib.

    AzerVoice xəbər verir ki, bu barədə ölkənin Yəhudi İcmaları Federasiyasının illik hesabatında bildirilir.

    Qurumun məlumatına görə, 2024-cü ildə 4 694 antisemitizm faktı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 8,5% artım deməkdir. 2023-cü ildə isə göstərici HƏMAS-ın 7 oktyabr hücumları və Qəzza müharibəsindən sonra 90% artmışdı.

    Federasiyanın sədri Petr Papousek bildirib ki, Çexiya bu tendensiyada istisna təşkil etmir və dünya üzrə “HƏMAS hücumlarından sonra yaranmış antisemitizm dalğası” ölkəyə də təsir edib.

    Onun sözlərinə görə, yəhudi xalqına qarşı nifrət əsasən İsrailin demonizasiyası formasında meydana çıxır və bu ritorika “ictimai mühitdə qəbul edilən davranışa çevrilib”. Papousek antisemitizmin radikal sağ, radikal sol qruplar, islamist ideologiyalar və dezinformasiya mənbələri arasında “misilsiz sinerji” yaratdığını vurğulayıb.

    Hesabata əsasən, hadisələrin 96%-i sosial media və onlayn platformalarda qeydə alınıb.

    Bununla yanaşı, 2024-cü ildə dörd fiziki hücum faktı qeydə alınıb (2023-cü ildə belə hal olmamışdı). Bütün hücumların Yaxın Şərq münaqişəsi ilə bağlı olduğu bildirilir. Həmçinin yəhudi qəbiristanlıqlarının və abidələrin təhqiri ilə bağlı 12 hadisə qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

    Təhlükəsizlik strukturları qeyd edib ki, yanvar ayında Brno şəhərində sinaqoqa qarşı edilən yandırma cəhdi ilə bağlı beş yeniyetmə saxlanılıb, onlardan ikisinə terrorla bağlı ittiham irəli sürülüb.

    Artım qeydə alınmasına baxmayaraq, hesabat Çexiyanın yəhudilər üçün “ümumilikdə təhlükəsiz ölkə” olaraq qaldığını bildirir.

    #Çexiya #Antisemitizm #İsrail və HƏMAS müharibəsi #Antisemitizm və sosial media #antisemitizmə qarşı mübarizə #Çexiya Yəhudi İcmaları Federasiyası #antisemitizm statistika #Çexiya yəhudi icması #Avropada antisemitizm artımı #Qəzza müharibəsi Avropa reaksiyası #Petr Papousek bəyanatı #onlayn nifrət cinayətləri #Yəhudi dini abidələrinin təhqiri #Brno sinaqoqa hücum #Çexiyada ictimai təhlükəsizlik #Yaxın Şərq münaqişəsinin Avropaya təsiri #yəhudi icmalarına təhlükə #Çex Respublikasında yəhudi azlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

    4 Fevral 2026 11:28

    UEFA Çempionlar Liqası: İngilis və ispan klubları qələbə qazanıb

    22 Yanvar 2026 09:33

    Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb

    21 Yanvar 2026 12:14

    HƏMAS İsrail həbsxanalarındakı vəziyyəti insanlıq cinayəti adlandırıb

    19 Yanvar 2026 13:56

    HƏMAS Qəzzanın idarə edilməsi üçün texnokratik komitənin yaradılmasını dəstəkləyib

    15 Yanvar 2026 16:45

    ADEX 2026: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək

    14 Yanvar 2026 12:28

    Xan Yunisdə HƏMAS-ın yüksək rütbəli polis rəisi həlak olub

    12 Yanvar 2026 16:29

    HƏMAS Siyasi Şura rəhbərinin seçilməsini qeyri-müəyyən müddətə təxirə salıb

    12 Yanvar 2026 13:59

    Qəzzada humanitar əməliyyatlar çökə bilər - BMT

    18 Dekabr 2025 11:30

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    İsrail və HƏMAS arasında atəşkəsin birinci mərhələsi yekunlaşmaq üzrədir

    4 Dekabr 2025 10:45

    İsrail atəşkəsi pozmağa və yerindən edilmiş insanları hədəf almağa davam edir - HƏMAS

    3 Dekabr 2025 17:11
    XƏBƏR LENTİ

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.