BAKI, AzerVoice, Orxan Qədirzadə
“HƏMAS” hərəkatının yüksək rütbəli rəhbərlərindən biri olan Xəlil əl-Həyyə bəyan edib ki, “Qəzza zolağında yeni ərazilərə daxil olunacaq bu girovların cəsədlərini axtarmaq məqsədilə ediləcək”.
Əl-Həyyə mətbuata verdiyi açıqlamada bildirib ki, “HƏMAS” Qəzza zolağında bütün inzibati orqanları, o cümlədən təhlükəsizlik strukturlarını “müvəqqəti komitəyə” təhvil verəcək.
Qeyd edək ki, “HƏMAS” daha əvvəl Qəzzənin idarəçiliyini heç bir siyasi təşkilata mənsub olmayan müstəqil fələstinlilərdən ibarət müvəqqəti komitəyə təhvil verməyə hazır olduğunu elan etmişdi. Lakin indiyədək belə bir komitə formalaşdırılmayıb.
Qeyd edək ki, HƏMAS indiyədək atəşkəs razılaşması çərçivəsində 15 girovun cəsədini təhvil verib.
Şənbə günü axşam saatlarında İsraildə on minlərlə insan Qəzza zolağında hələ də qalıb tapılmayan 13 girovun cəsədinin geri qaytarılması tələbi ilə kütləvi aksiyada iştirak edib.
Keçən gecə Misirdən Qəzzəyə Rəfah keçid məntəqəsi vasitəsilə axtarış əməliyyatlarında istifadə ediləcək texnika və ağır texnoloji avadanlıqlar daxil olub.
ABŞ Prezidenti Donald Tramp HƏMAS-a təzyiqləri artıraraq, cəsədlərin tezliklə təhvil verilməsini tələb edib.