BAKI, AzerVoice, Nailə Babazadə
İsrail Qəzzaya qarşı bombardımanı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək.
AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Tramp, HƏMAS-ın Qəzzədə atəşkəs planına verdiyi cavabla bağlı sosial media hesabında açıqlama yayıb.
Tramp açıqlamasında bildirib: "HƏMAS tərəfindən az əvvəl verilən açıqlamaya əsasən, onların daimi sülhə hazır olduqlarına inanıram. İsrail Qəzzaya qarşı bombardımanı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək."
ABŞ Prezidenti, hazırda Qəzzədəki mühitin təhlükəsiz olmadığını vurğulayaraq deyib: "Detallarla bağlı hazırda danışıqlar aparırıq. Bu, yalnız Qəzzə ilə bağlı deyil, uzun müddətdir axtarılan Yaxın Şərq sülhü ilə əlaqəlidir."
HƏMAS isə, ABŞ Prezidenti Trampın Qəzzə planındakı girov mübadiləsi maddəsini qəbul etdiyini, lakin digər bəzi maddələrin müzakirə olunmalı olduğunu açıqlamışdı.