BAKI, AzerVoice, Nailə Babazadə
Buna icazə verməyəcəyəm. Netanyahu ilə danışdım, İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm. Bu qədər kifayətdir. Artıq dayanma vaxtıdır.
AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Tramp, Ağ Evdəki Oval Ofisdə keçirdiyi bir imza mərasimində gündəmə dair sualları cavablandırarkən, işğal altındakı Qərb Şəriə ilə bağlı açıqlama verib.
Tramp bu gün bəzi Yaxın Şərq liderləri və İsrail Baş naziri Benyamin Netanyahu ilə danışdığını xatırladaraq, Qəzza və Qərb Şəriə ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşündə Tel-Əviv rəhbərliyinin yaxın aylarda İordan çayının qərb sahilini ilhaq etməyə hazırlaşdığını bildirib.