Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Birləşmiş Ərəb Əmirlikləri su qıtlığı və sel fəlakətləri ilə üz-üzə

    14 Sentyabr 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    BƏƏ-də yağışa olan sevgi ilə sel qorxusu yan-yana dayanır. Son günlərdə ölkənin şimal dağ kəndlərindən birində başlayan güclü yağış, həm yerli əhali, həm də bölgədə çalışan minlərlə xarici işçini həyəcanlandırıb. Ancaq bu təbiət hadisəsi BƏƏ üçün eyni zamanda xəbərdarlıq siqnalıdır.

    1980-ci illərdə cəmi 255 min nəfərin yaşadığı Dubayda bu gün 4 milyondan çox əhali yaşayır. Əhalinin artması ilə su tələbatı da kəskin yüksəlib. Ölkə hazırda içməli suyun böyük hissəsini 70-ə yaxın duzsuzlaşdırma müəssisəsi və tullantı sularının təkrar istifadəsi hesabına təmin edir. Bununla belə, Dünya Resursları İnstitutuna görə BƏƏ, su qıtlığı riski baxımından dünyada 7-ci yerdədir.

    BƏƏ illərdir “bulud toxumlama” texnologiyasından istifadə edir. Təyyarələr vasitəsilə buludlara kimyəvi maddələr buraxılaraq yağış yaradılmağa çalışılır. Dövlət başçısı Şeyx Məhəmməd bin Zayedin sözləri bu reallığı təsdiqləyir: “Su, neftdən daha vacibdir”.

    2024-cü ilin aprelində Dubay tarixində ən güclü yağış qeydə alınıb. Şəhərə cəmi 24 saatda 142 millimetr yağış düşüb – bu, adi illik normadan qat-qat çoxdur. Nəticədə küçələrdə sel daşqınları yarandı, nəqliyyat iflic oldu və zərərlərin 4 milyard dollara qədər yüksəldiyi bildirildi.

    Mütəxəssislərin hesablamalarına görə, Dubay əhalisinin 85 faizi və infrastrukturun 90 faizi yüksələn dəniz səviyyəsi və ekstremal hava hadisələri qarşısında zəif vəziyyətdədir.

    Bu səbəbdən Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum 8 milyard dollarlıq yeni layihə elan edib. Yeraltı tunel texnologiyası ilə qurulacaq nəhəng drenaj sistemi şəhərdə yağış sularının toplanmasını və şəbəkənin gücünü 700 faiz artırmağı hədəfləyir.

    Bütün risklərə rəğmən, yağış BƏƏ-də sevinc də gətirir. Xüsusən də Hindistanın Kerala bölgəsindən gəlmiş işçilər üçün hər damla uşaqlıq xatirələrini oyadır.

    BƏƏ üçün yağış həm həyat qaynağı, həm də böyük təhlükədir. Sürətlə artan əhali, su qıtlığı və iqlim dəyişikliyi fonunda ölkə, həm infrastruktur layihələri, həm də texnoloji həllərlə yağışın gətirdiyi riskləri azaltmağa çalışır. Ancaq bütün bunlara baxmayaraq, səhrada yağan hər damla hələ də ümid və sevinc qarşılanır.

    #yağış #şiddətli yağışlar #leysan yağışları #güclü yağışlar #Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) #Dubay yağış #Dubay sel fəlakəti #su qıtlığı BƏƏ #iqlim dəyişikliyi BƏƏ #BƏƏ su problemi\ #Məhəmməd bin Zayed Al Nəhyan #BƏƏ infrastruktur layihələri #BƏƏ su istifadəsi #Dubay iqlim təhlükələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaxın Şərq üzrə ekspert: Prezident İlham Əliyevin BƏƏ-yə səfəri yeni əməkdaşlıq imkanları yaradacaq

    19 Dekabr 2025 18:19

    İndoneziyada sel və torpaq sürüşmələrində həlak olanların sayı 250-ə çatıb

    29 Noyabr 2025 12:28

    Yoga Dubayda yeni həyat tərzinə çevrilir

    8 Noyabr 2025 12:15

    Biznesinizi Birləşmiş Ərəb Əmirliklərində “Biznesetup” ilə qurun

    8 Oktyabr 2025 11:44

    Pakistanda daşqın fəlakəti - Pəncabda 33 nəfər həyatını itirib

    1 Sentyabr 2025 11:55

    Yəməndə güclü yağışlar və daşqınlar insan tələfatına səbəb olub

    31 Avqust 2025 12:13

    Hindistanda musson yağışlar ölümlərə səbəb olub

    27 Avqust 2025 12:45

    Vyetnamda Kajiki tayfunu nəticəsi - ölənlər və yaralananlar çoxalır

    27 Avqust 2025 11:48

    Hindistanda leysan yağışlar nəticəsində 20-dən çox insan ölüb

    21 Avqust 2025 13:50

    Pakistanda musson yağışları nəticəsində 700-dən çox insan həyatını itirib

    20 Avqust 2025 16:24

    Bugün səhər saat 09:00-a olan faktiki hava açıqlanıb

    17 Avqust 2025 10:16

    Çinin şimalında daşqın: Ölənlər və itkin düşənlər var

    17 Avqust 2025 09:05
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə Orlan-10 tipli Rus PUA-sı tapılıb

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    UFC-nin ən güclüsü - İslam Mahaçev kimdir?

    Misirin Baş naziri Livana səfər edib

    Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib

    Qəzzada 1,6 milyon insan kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir - BMT

    Sezar Qanununun ləğvi regional sülhə töhfədir - Türkiyə

    Fitch Azərbaycanda 2028-ci ilə qədər real ÜDM artımı ilə bağlı proqnozlarını verib

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.