BAKI, AzerVoice , Nərmin Ağayeva
Yunanıstanda son 4 gündə 242 meşə yanğını baş verib
AzerVoice xəbər verir ki, Yunanıstan Yanğınsöndürənlər Assosiasiyasının prezidenti Kostas Çiqas ölkədəki meşə yanğınlarının artdığını və yanğınsöndürənlərin çətin vəziyyətlə üzləşdiyini açıqlayıb. Son 4 gündə 242 yanğının baş verdiyi, təxminən 100 min hektar ərazinin zərər gördüyü bildirilib.
Çiqas yüksək temperatur və güclü küləyin yanğınların yayılmasını asanlaşdırdığını, qlobal iqlim böhranının isə bu vəziyyətə təsir etdiyini vurğulayıb. Patra, Zakintos adaları və İoannina bölgələrində yanğınların nəzarət altına alındığı qeyd olunub. Eyni zamanda ilin əvvəlindən 320 nəfərin tonqal və açıq ərazilərdə yanğın törətməkdə saxlanıldığı, 40 nəfərin isə yanğınları qəsdən başlatdığı müəyyən edilib.
Qeyd edək ki, Avropa meşə yanğınları bu il yüksək temperatur və quraqlıq səbəbindən xüsusilə yay bölgələrində sürətlə yayılaraq təxliyələrə və ciddi ziyanlara səbəb olub.