BAKI, AzerVoice, Nərmin Ağayeva
Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski Tramp-Putin görüşündən sonra görüşmək barədə razılığa gəliblər.
AzerVoice xəbər verir ki, liderlərin görüş yeri və vaxtı hələ açıqlanmayıb. Fransanın BFMTV kanalının məlumatına görə, Yelisey Sarayı iki liderin Alyaskada keçirilən Tramp-Putin görüşündən sonra münasib vaxtda görüşəcəyini bildirib.
Xatırladaq ki, Avqustun 13-də Almaniyanın ev sahibliyi etdiyi Ukrayna ilə bağlı onlayn görüşdə Makron, Tramp, Zelenski və Avropa liderləri iştirak ediblər.
Qeyd edək ki, Makron mətbuata açıqlamasında Prezident Trampın Alyaskadakı görüşdə ABŞ-ın atəşkəsə nail olmaq istədiyini açıq şəkildə ifadə etdiyini bildirib.