BAKI, AzerVoice, Səməd Əyyubov
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp danışıqları yekunlaşdırıblar.
AzerVoice xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Mətbuat konfransından sonra iki lider qısa, ayaqüstü söhbətə davam ediblər. Ardınca Putin “Fort-Riçardson” hərbi qəbiristanlığını ziyarət edərək sovet pilotlarının məzarına gül dəstəsi qoyub.
Putin və Tramp rus dilinə sinxron tərcümə vasitəsilə ünsiyyət qurublar. Söhbət səmimi atmosferdə keçib və möhkəm əl sıxma ilə tamamlanıb.
Xatırladaq ki, bundan əvvəl Alyaskada yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında iki liderin məhdud formatda görüşü baş tutub. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər.