Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Putin-Tramp görüşü öncəsi Ukrayna və Qərbdən birlik mesajı

    15 Avqust 2025 12:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin bu gün Alyaskada keçirəcəyi görüş ərəfəsində, Ukrayna və Qərb ölkələri güclü birlik mesajı verib. Görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsi və Rusiya–ABŞ münasibətlərinin müzakirə olunacağı gözlənilir.

    AzerVoice xəbər verir ki,Tramp və Putin müharibə başlayandan bəri ilk dəfə bir araya gələcək. Görüş dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir. Ukrayna isə açıq şəkildə bəyan edir ki, bu masada Kiyev olmadan qərarların qəbul edilməsi yolverilməzdir.

    Görüş ərəfəsində Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Finlandiya və Avropa İttifaqı Komissiyası birgə bəyanat yayaraq bildiriblər ki, Ukrayna iştirak etmədiyi halda barışıq prosesi qeyri-legitim sayılacaq. Bildirilir ki, diplomatik həll yalnız Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür.

    NATO Baş katibi Mark Rutte də bildirib ki, sülhə aparan yolun açılması üçün ilk addım Rusiyadan gəlməlidir.

    Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula von der Leyen isə qeyd edib ki, Aİ, ABŞ və NATO Ukrayna ilə bağlı vahid mövqedədir və ədalətli, davamlı sülh axtarışındadır.

    Polşa Baş naziri Donald Tusk bəyan edib ki, bu prosesdə əsas məsələ Trampın Rusiyaya güvənilməyəcəyinə inandırılmasıdır.

    Fransa Prezidenti Emmanuel Makron isə vurğulayıb ki, Ukrayna ilə bağlı “hər şey” yalnız Kiyevlə razılaşdırılmalıdır, o cümlədən ərazi məsələləri də.

    Almaniya kansleri Fridrix Mers isə görüşdən Avropanın və Ukraynanın əsas təhlükəsizlik maraqlarının təmin olunmasını gözlədiklərini bildirib.

    Ukrayna Prezidenti Volodimir Zelenski Alyaska görüşündən dərhal atəşkəs qərarı çıxmasını istədiklərini bildirib. O, qeyd edib ki, Rusiya hazırda müharibəni dayandırmaq niyyətində deyil və məqsədi bütün Ukraynanı işğal etməkdir.

    Kiyev eyni zamanda vurğulayır ki, ölkə Konstitusiyası əsasında heç bir ərazi güzəştinə gedilməyəcək. Ukrayna tərəfi Rusiya ilə mümkün liderlər səviyyəsində danışıqlarda Trampın da masa arxasında olmasını tələb edir.

    #ABŞ #Fransa #Böyük Britaniya #Avropa İttifaqı (Aİ) #Vladimir Putin #Donald Tramp #NATO #Emmanuel Makron #Volodimir Zelenski #Alyaska #Volodimir Zelenski son çıxışı #Volodimir Zelenski son xəbərlər #Alyaska sammiti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    15 Fevral 2026 14:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    14 Fevral 2026 10:00
    XƏBƏR LENTİ

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.