Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Kamboca ilə Tailand arasında sərhəd toqquşmalarında ölən mülki şəxslərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 15:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Kamboca ilə Tailand arasında atəşkəsə baxmayaraq davam edən sərhəd toqquşmalarında həlak olan kambocalı mülki şəxslərin sayı 17-yə yüksəlib.

    AzerVoice xəbər verir ki, Kambocanın dövlət xəbər agentliyi Agence Kampuchea Presse (AKP)-nin məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi 7–16 dekabr tarixləri arasında baş verən toqquşmalarla bağlı açıqlama yayıb. Açıqlamada bu müddətdə 17 Kamboca vətəndaşının həyatını itirdiyi bildirilib.

    Məlumata əsasən, toqquşmalar nəticəsində 77 nəfər yaralanıb, 438 mindən çox insan isə yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalıb. Yerindən didərgin düşənlərin təxminən üçdə ikisinin qadınlar və uşaqlar olduğu qeyd olunub. Bildirilib ki, Tailandın hücumları mülki infrastruktura ciddi ziyan vurub.

    Cənub-Şərqi Asiyada 817 kilometrlik ümumi sərhədə malik olan Tailand və Kamboca uzun illərdir ərazi mübahisəsi yaşayır. İlk ciddi toqquşmalar 2008-ci ildə Kambocanın mübahisəli ərazidə yerləşən XI əsrə aid məbədi UNESCO Dünya İrsi Siyahısına salmaq cəhdindən sonra baş verib.

    Təkrarlanan qarşıdurmalardan sonra oktyabr ayında atəşkəs elan edilsə də, tərəflər 7 dekabrda yenidən başlayan döyüşlərə görə bir-birini ittiham ediblər. Son toqquşmalar zamanı hər iki ölkədən yüz minlərlə insan sərhəd bölgələrindən təxliyə olunub, ümumilikdə 30-dan çox şəxs həyatını itirib.

    ABŞ Prezidenti Donald Tramp dekabrın 12-də Tailand və Kamboca liderləri ilə apardığı danışıqlardan sonra tərəflərin atəşkəsi qəbul etdiyini açıqlamışdı. Bununla belə, Tailandın baş naziri Anutin Çarnvirakul Trampın açıqlamasından sonra bildirib ki, Tailand öz ərazilərinə və əhalisinə təhlükə qalmadığına əmin olana qədər hərbi əməliyyatlarını davam etdirəcək.

    #Tayland-Kamboca sərhəd gərginliyi #Kamboca-Tailand münasibətləri #Kamboca və Tailand arasında sərhəd insidentləri #Kamboca-Tailand sərhədində silahlı toqquşma #Tailand və Kamboca arasında mübahisəli ərazi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniyada kilsələr hökuməti İsrailə silah ixracını dayandırmağa çağırıb

    17 Dekabr 2025 15:58

    Tayland və Kamboca arasındakı münaqişəni yoluna qoyacağıq - Tramp

    12 Dekabr 2025 12:37

    Taylandın baş naziri ABŞ prezidenti ilə görüş planlaşdırır

    12 Dekabr 2025 11:24

    Tayland və Kamboca sərhədində döyüşlər yenidən başlayıb

    8 Dekabr 2025 16:02

    Tayland sülh müqaviləsini dayandırdıqdan sonra Kambocaya atəş açıb

    12 Noyabr 2025 17:38

    Tayland və Kamboca atəşkəslə bağlı razılığa gəlib

    28 İyul 2025 22:48

    Malayziya Tailand-Kamboca danışıqlarında vasitəçi rolunu oynayacaq

    27 İyul 2025 17:32

    Tailand və Kamboca arasında döyüş əməliyyatları dayandırılıb

    26 İyul 2025 20:01

    Tailand gün ərzində iki dəfə Kamboca ərazisinə hava zərbələri endirib

    26 İyul 2025 18:51

    Tailand və Kamboca arasında atəşkəs əldə olunub

    25 İyul 2025 19:49

    Kambocada silahlı toqquşmalar səbəbilə 5 min nəfər təxliyə edilib

    24 İyul 2025 18:48

    Tayland və Kamboca sərhədində gərginlik artıb

    24 İyul 2025 09:35
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

    Türkiyənin Aliağa limanı 65 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrini qərəzli adlandırıb

    Almaniyada kilsələr hökuməti İsrailə silah ixracını dayandırmağa çağırıb

    Səudiyyə Ərəbistanının Şərq bölgəsində zəlzələ baş verib

    Kamboca ilə Tailand arasında sərhəd toqquşmalarında ölən mülki şəxslərin sayı 17-yə çatıb

    Türkiyədən Qazaxıstana dəri ixracı 50 milyon dolları keçib (ÖZƏL)

    Qəzzada humanitar böhran dərinləşir soyuqdan ölənlərin sayı 17-yə çatıb

    Misirdə azərbaycanlı tədqiqatçı-alim təltif olundu

    Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.