BAKI, AzerVoice
Yanvarın 21-də Azərbaycan Turizm Bürosu Tailandın paytaxtı Banqok şəhərində keçirilən “Thai International Travel Fair Business Matching (TITF B2B)” turizm sərgisi çərçivəsində keçirilən B2B görüşlərdə iştirak edib.
Bu barədə AzerVoice-a Azərbaycan Turizm Bürosu məlumat verib.
Tədbir çərçivəsində Tailandın aparıcı turizm agentlikləri ilə 30-a yaxın görüş keçirilib.
Görüşlərdə tailandlı tərəflərə Azərbaycanın mədəni irsi, təbiəti, sağlamlıq turizmi imkanları, şərabçılıq ənənələri və qış idmanı növləri üzrə potensialı barədə məlumat verilib.
