Əsas səhifə » Ukrayna yeni əsir mübadiləsinə hazırlaşır - Zelenski

Ukrayna yeni əsir mübadiləsinə hazırlaşır - Zelenski

BAKI, AzerVoice

Ukrayna əsir mübadiləsinin yeni mərhələsinə hazırlaşır.

AzerVoice xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yayımladığı videomüraciətində məlumat verib.

“Bu gün yeni mübadilə mərhələsinə hazırlaşırıq. Bütün çətinliklərə baxmayaraq, ukraynalıların evə qayıtması çox önəmlidir. Hər bir ad üzrə yoxlamalar aparırıq, bütün məlumatları axtarırıq. Elə hallar olub ki, bəzi hərbçilər itkin düşmüş kimi siyahıya salınıb, lakin biz onların əsirlikdə olduğunu müəyyən etmişik. Hər dəfə bu cür faktları yoxlayırıq” – deyə, Zelenski bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi İstanbulda əldə olunmuş məhdudiyyətsiz sanitar mübadilə razılaşmaları çərçivəsində Rusiyanın təcili müalicəyə ehtiyacı olan iki ukraynalı hərbçini geri qaytardığını açıqlamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice