Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Biz heç vaxt İsraili xəritədən silmək istəməmişik - Əraqçi

    23 İyul 2025 16:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İranın Xarici Işlər naziri Abbas Əraqçi ABŞ-ın İsrailə verdiyi dəstəyin bölgədə mülki insanların ölümünə səbəb olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, Əraqçi İranın Hizbullah, HƏMAS və Husilərə dəstək verdiyi ilə bağlı ittihamlara cavab verib.

    "Bu, amerikalıların və israillilərin etdiyinin eynisidir. ABŞ İsraili Fələstin, Qəzza, İordan çayının qərb sahili, Livan, İran və Yəməndə insanları öldürməsi üçün hər cür müasir silahla təmin edir." - deyə nazir bildirib.

    Əraqçi həmçinin qeyd edib ki, İran adıçəkilən qrupları daim siyasi və digər formalarda dəstəkləyib və onların "mübarizəsini həmişə qanuni" hesab edib.

    Bu qrupların “İsraili xəritədən silmək” istədikləri barədə fikirlərə münasibət bildirən Əraqçi əlavə edib ki, “Bunu heç vaxt biz deməmişik. Bu onların öz mövqeyidir. Onlar öz vətənləri üçün mübarizə aparırlar və hər şeyi deyə bilərlər. Lakin İranın heç vaxt İsraili xəritədən silmək kimi bir siyasəti olmayıb.”

    İranlı nazir vurğulayıb ki, İran HƏMAS, Hizbullah və Husiləri “qanuni tələbləri davam etdiyi müddətdə” dəstəkləməyə davam edəcək.

    “Fələstinlilər öz müqəddəratını təyin etmə haqqı uğrunda mübarizə aparırlar. İsrail isə Fələstin torpaqlarını işğal etməklə və fələstinliləri öz torpaqlarında qətlə yetirməklə mənfəət əldə edib.”

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #Qəzza zolağı #HƏMAS #Husilər #Hizbullah #Abbas Əraqçi #Qəzza hücumu #Qəzza münaqişəsi #İsrail və Hizbullah müharibəsi #Hizbullahın siyasi strategiyası #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #İsrail-İran münaqişəsi #ABŞ-İran münasibətləri #İsrailin İran strategiyası #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #ABŞ-İran diplomatik münasibətləri #İran və Husilər #Husilərin ideologiyası #ABŞ və İsrailin İran siyasəti #İran-İsrail qarşıdurması #İran İsrail qarşıdurması #İran-İsrail strateji tərəfdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    16 Fevral 2026 10:02

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.