Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    NATO təyyarələri Estoniyanın hava məkanında təlimlər keçirəcək

    8 Sentyabr 2025 18:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Bu həftə Baltik ölkələrində yerləşdirilən NATO təyyarələri Estoniyanın hava məkanında təlimlər keçirəcək.

    AzerVoice-un məlumatına görə, uçuşlar 8-14 sentyabr tarixlərində, yerli vaxtla saat 10:00-dan 22:00-dək planlaşdırılıb.

    Aşağı sürətli uçuşlar minimum 152 metr (500 fut) hündürlükdən aşağı olmayacaq. Pilotlar həmçinin müəyyən olunmuş zonalarda, hava hərəkətinin idarə olunması üzrə mülki xidmətlə razılaşdırılmaqla səsdən sürətli uçuşlar da həyata keçirə biləcəklər.

    Sentyabrın 8-i və 9-da saat 19:00-dan 22:00-dək Rakvere və Kadrina bölgələrində İtaliya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcılarının iştirakı ilə hava hərəkəti dispetçerlərinin təlimləri keçiriləcək. Bu təlimlərin məqsədi dispetçerlərin mülki şəraitdə hava gəmiləri ilə qarşılıqlı fəaliyyət bacarıqlarını sınaqdan keçirməkdir.

    Estoniya Baş Qərargahı bildirib ki, bütün uçuş təlimləri ölkə qanunvericiliyinə uyğun olaraq və Nəqliyyat Departamenti ilə razılaşdırılmış şəkildə həyata keçirilir.

    Qeyd edək ki, Şimali Atlantika Şurasının qərarına əsasən, öz hərbi qırıcılarına malik olmayan Estoniya, Latviya və Litvanın hava məkanı NATO Hərbi Hava Qüvvələri tərəfindən qorunur. Bu məqsədlə NATO-nun hava məkanını mühafizə edən təyyarələri Estoniyanın Amari və Litvanın Şiauliai aviabazalarında yerləşdirilib.

    #Latviya #NATO #Estoniya #Litva #təlim #hərbi təlim #hərbi təlimlər #təyyarə #təlimlər #təlim təyyarəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pekin Tayvan yaxınlığında genişmiqyaslı hərbi təlimlər aparır

    30 Dekabr 2025 09:47

    “The Oligarch’s Design” sənədli filmi təqdim edilib

    20 Dekabr 2025 12:19

    Dolayı müharibə strategiyası: Fransanın yeni hərbi aləti

    20 Dekabr 2025 10:14

    ASELSAN NATO üzvü ölkə ilə 410 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb

    19 Dekabr 2025 15:55

    NATO-da Rusiyanın qlobal miqyasda dəniz təhlükəsinə qarşı hazırlığın gücləndirilməsi çağırışı səsləndirilib

    14 Dekabr 2025 12:04

    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub

    13 Dekabr 2025 12:18

    Bakıda “16-cı NATO günləri” keçirilib

    13 Dekabr 2025 10:08

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    12 Dekabr 2025 23:09

    Rusiyanın növbəti hədəfi bizik - Rutte

    12 Dekabr 2025 11:46

    Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib

    11 Dekabr 2025 10:27

    Müdafiə Nazirliyi və NATO arasında tərəfdaşlıq çərçivəsində qarşılıqlı anlaşma protokolu imzalanıb

    10 Dekabr 2025 17:14

    Azərbaycan–NATO əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

    9 Dekabr 2025 12:24
    Demo
    XƏBƏR LENTİ

    Netanyahunun etdikləri cavabsız qalmayacaq - Ərdoğan

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vayra Vike-Freyberqaya başsağlığı veriblər

    Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə tam dəstək göstərib - Hikmət Hacıyev

    Keçən ilin noyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracı 8 milyard dolları keçib (ÖZƏL)

    Qambiya sahillərində miqrant qayığı aşıb, ölənlər var

    Səudiyyə Ərəbistanı Yəmənə hava hücumları həyata keçirib

    Türkiyədə İŞİD əməliyyatı: Yalovada 26 şübhəli həbs olundu

    Keçən ilin noyabr ayında Türkiyənin Xarici Ticarət Dövriyyəsi 53 milyard dollara çatıb (ÖZƏL)

    Trampdan İrana sərt bəyənat - Silahlarımız hazırdır, İran dinc etirazçılara zor tətbiq edərsə, müdaxilə ediləcək

    Türkiyədə dövlət xəstəxanası tibbi materiallarının alınması üçün tender elan edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.