BAKI,AzerVoice
İsrail hədəfini dəyişərək Yəmənə hücumlara başlayıb.
AzerVoice xəbər verir ki, Müdafiə naziri Katz Hudeydə limanına endirilən hava hücumu ilə bağlı açıqlama verib.
Ötən həftə hədəfi Suriya olan İsrail indi diqqətini Yəmənə yönəldib.
İsrail Ordusu Radiosu tərəfindən yayımlanan bəyanatda Yəmənin Hudeydə limanında və qərb sahillərində husilərin hədəflərinin xüsusi olaraq vurulduğu bildirilib.
İsrail Müdafiə naziri İsrail Katz açıqlamasında , "İsrail ordusu Hudeyda limanında husi birləşmələrini məhv etməklə, əvvəllər hədəf alınan terror infrastrukturunun yenidən qurulmasının qarşısını aldı"- deyə qeyd edib.
Katz Yəməni təhdid edərək, "Onların sonu Tehran kimi olacaq. Husilər bizə qarşı raket zərbələri endirmələrinin əvəzini ağır ödəyəcəklər" deyə bildirib.
Qeyd edək ki, husilər hücumla bağlı hələ bir açıqlama verməyiblər.