Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İsraillə müharibə zamanı zədələnmiş HHM sistemləri bərpa edilib - İran rəsmisi

    20 İyul 2025 14:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran Silahlı Qüvvələri, İsraillə 12 gün davam edən müharibə zamanı zədələnmiş hava hücumundan müdafiə (HHM) sistemlərini qısa müddət ərzində bərpa edərək ölkənin müdafiə qabiliyyətini yenidən təmin edib.

    AzerVoice xəbər verir ki, bunu ordunun komandan müavini admiral Mahmud Musəvi IRNA agentliyinə verdiyi açıqlamada deyib.

    “Sionist düşmən (yəni İsrail – red.) İranın müdafiə potensialını sıradan çıxarmağa çalışdı və bu müharibə zamanı bəzi sistemlərimiz zədələndi. Lakin silahdaşlarımın səyi nəticəsində zədələnmiş sistemlər yeniləri ilə əvəz olundu və əvvəlcədən müəyyənləşdirilmiş mövqelərə yerləşdirildi” - deyə, Musəvi bildirib.

    O əlavə edib ki, İsrailin ilk hücumları birbaşa olaraq HHM sistemləri və digər müdafiə obyektlərinə yönəlmişdi. "Lakin İran hərbçiləri gün ərzində fasiləsiz olaraq düşmənə qarşı durub, hava hücumundan müdafiə vasitələrinin döyüş qabiliyyətini təmin etdilər, bu da düşmənin məqsədlərinə çatmasına mane oldu" - deyə, o qeyd edib.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #SEPAH #İsrail və İran gərginliyi #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #İsrailin İran strategiyası #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İran və İsrail kəşfiyyat savaşı #İran-İsrail münaqişəsi #İsrailin hava zərbələri #İsrail və İran arasında artan gərginlik #hava hücumundan müdafiə sistemi #İran Silahlı Qüvvələri #İran-İsrail münasibətləri #İran-İsrail qarşıdurması #Nətənz nüvə obyekti #İran İsrail qarşıdurması #Fordo nüvə obyekti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    İran ordusu və İnqilab Keşikçiləri arasındakı əsas fərqlər nədir?

    2 Fevral 2026 09:00

    İran ilə ABŞ arasındakı gərginlik böyüyür

    31 Yanvar 2026 14:36

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqlədi

    31 Yanvar 2026 10:26

    ABŞ İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

    31 Yanvar 2026 09:18

    Təqaüdçü kovboyun son gedişi: Tramp gəmiləri ilə hədələyir, Tehran isə "Zəmanət yoxdursa, danışıqlar da yoxdur" deyir

    31 Yanvar 2026 09:00

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

    30 Yanvar 2026 09:09

    Azərbaycanın hava məkanı İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək - Ceyhun Bayramov

    29 Yanvar 2026 23:43

    İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 14:24

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət edib

    Azərbaycanda innovasiya ekosistemi beş əsas strateji istiqamət üzrə formalaşdırılır - İRİA

    “mygov” platformasının istifadəçi sayı 5 milyonu ötüb

    ⁠Bugünkü bank sistemi mümkün şoklara qarşı daha hazırlıqlıdır - AMB-nin baş direktoru

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    Məhkəməyə alternativ hüquqi yol – Hümmət Əliyev mexanizmin üstünlüklərini izah edir

    Qədim sivilizasiyaların bilmədiyiniz heyrətamiz sirləri

    İranla razılaşmaya ümid edirik... Xameneinin haqlı olub-olmadığını görəcəyik - Tramp

    Jan-Filipp Mateta “Milan”a keçməyə yaxındır

    Azərbaycanda mədəni irsin korlanması və məhv edilməsinə görə məsuliyyət sərtləşdirilir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.