Əsas səhifə » Kamçatka yarımadasında daha bir zəlzələ baş verib

Kamçatka yarımadasında daha bir zəlzələ baş verib

BAKI, AzerVoice

Kamçatka yarımadasında, Petropavlovsk-Kamçatski şəhərindən 167 kilometr məsafədə 6,8 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Bu, bölgədə ard-arda baş verən dördüncü zəlzələdir.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin "Telegram" kanalında məlumat verilib.

“Seysmoloqlar bildiriblər ki, Petropavlovsk-Kamçatskidən 167 kilometr məsafədə 6,8 maqnitudalı zəlzələ baş verib” – deyə, məlumatda qeyd olunub.

Şəhərdə həyəcan siqnalları səsləndirilib və sunami təhlükəsi elan olunub. Həmçinin, Petropavlovsk-Kamçatski ətrafında yerləşən göldə suyun səviyyəsinin xeyli qalxdığı müşahidə edilib. Region üzrə FHN-in mətbuat xidməti isə bildirib ki, yaxın zamanda mütəxəssislər binaların vəziyyətini yoxlamağa başlayacaqlar.

Xatırladaq ki, daha əvvəl həmin ərazidə 5,3; 6,5 və 7,6 bal gücündə üç zəlzələ baş vermişdi. Onlardan ikinci və üçüncüsü hiss olunmuşdu.

Digər Kateqoriyalar

2025 © Azervoice