12
BAKI, AzerVoice
İsrailin bu gün səhər saatlarında Qəzza zolağının şimalına endirdiyi hava zərbələri nəticəsində 6 nəfər həlak olub.
AzerVoice xəbər verir ki, bu haqda Fələstin mətbuatı məlumat yayıb.
"İsrail artilleriyası Qəzza şəhərinin şərq bölgələrini atəşə tutub. İsrail ordusuna məxsus döyüş təyyarələri şəhərin şərqinə hava zərbələri endirib" - deyə, məlumatda bildirilib.
Qeyd edək ki, Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə, bölgədə davam edən müharibədə həlak olan fələstinlilərin sayı 58 765 nəfərə çatıb və onların əksəriyyəti mülki şəxslərdir.