13
BAKI, AzerVoice
Kamçatka yarımadasında, Rusiyanın Petropavlovsk-Kamçatski şəhəri yaxınlığında 7,6 maqnitudalı zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidməti məlumat yayıb.
“Petropavlovsk-Kamçatskidən 115 km məsafədə 7,6 bal gücündə zəlzələ baş verib” – deyə, seysmoloqlar bildiriblər.
Yeraltı təkanlar təxminən bir dəqiqə davam edib. İnsanlar binaları tərk edərək çölə çıxıblar. Region üzrə FHN-in mətbuat xidməti bildirib ki, yaxın vaxtlarda mütəxəssislər binaların vəziyyətini yoxlamağa başlayacaqlar.
Qeyd edək ki, bundan əvvəl eyni ərazidə 5,3 və 6,5 maqnitudalı iki zəlzələ baş vermişdi.