BAKI, AzerVoice
Pakistanda musson yağışları 111 nəfərin ölümünə səbəb olub.
AzerVoice xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Olunması İdarəsi (NDMA) açıqlamada yayıb.
Bildirilib ki, son 48 saat ərzində yağan yağışlar nəticəsində yaranan daşqınlarda 7 nəfərin ölüb, 12 nəfərin yaralıb, 26 iyun-14 iyul tarixləri arasında ölənlərin sayının 111, yaralıların sayının isə 212-yə çatıb.
Musson yağışlarının Hayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətlərinə təsir etməkdə davam edir.
Açıqlamada yağışların ölkə ərazisində intensivləşə biləcəyi xəbərdarlığı edilib və yerli hakimiyyət orqanlarına ayıq-sayıq olmaları barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, hər il iyul-sentyabr ayları arasında Pakistanın bir çox şəhərlərinə təsir edən musson yağışları ölkə daxilində yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.