Əsas səhifə » Aİ 22 Rusiya vətəndaşına qarşı sanskiya tətbiq edəcək

Aİ 22 Rusiya vətəndaşına qarşı sanskiya tətbiq edəcək

BAKI, AzerVoice

Avropa İttifaqı Şurası Rusiyanın 22 vətəndaşına qarşı sanksiya paketini təsdiqləyəcək.

AzerVoice xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib.

“Bu, şəxsən mənim təşəbbüsümlə həyata keçirilən diplomatik səylərin nəticəsidir və əldə edilən nəticədən məmnunam. Bu gün səhər Brüsseldə keçiriləcək iclasda biz altı rusiyalı hakimin Avropaya girişinə qadağa və onların aktivlərinin dondurulması qərarını qəbul edəcəyik. Həmin şəxslər fikir azadlığının cinayət hesab edilməsinə görə məsuliyyət daşıyırlar. Bundan əlavə, Avropada sabitliyi pozan və dezinformasiya əməliyyatlarında iştirak edən 16 rusiya vətəndaşı da bu sanksiyalar siyahısına daxil ediləcək” – deyə, Barro qeyd edib.

Nazir əlavə edib ki, sanksiya paketi həmçinin Rusiyanın maraqları naminə sabitliyi pozmağa çalışan yeddi Moldova vətəndaşı və Avropa ərazisində qətllərdə əli olan doqquz iranlı fiziki və hüquqi şəxsə, eləcə də üç haitili cinayətkar dəstə başçısına qarşı tədbirləri də əhatə edir.

“Bu çox yaxşıdır və mən istərdim ki, biz bu gün daha da irəli gedək və Rusiyaya qarşı daha güclü sanksiyalar paketini qəbul edə bilək” – deyə, diplomat vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice