Əsas səhifə » İsrail ordusu İordan çayının qərb sahilində reydlər aparıb

İsrail ordusu İordan çayının qərb sahilində reydlər aparıb

BAKI, AzerVoice

İsrail ordusu bu gün, səhər saatlarında İordan çayının qərb sahilində bir neçə vilayətdə genişmiqyaslı həbslər və basqınlar həyata keçirib.

AzerVoice xəbər verir ki, bu barədə Fələstin Rəsmi Xəbər Agentliyi (WAFA) məlumat yayıb.

Məlumata əsasən, reydlər nəticədə aralarında keçmiş məhbusların da olduğu 32-dən çox fələstinli həbs olunub.

Əməliyyatlar zamanı evlər axtarılıb, əmlak dağıdılıb, hərbi yoxlama məntəqələri qurulub, əsas və ikinci dərəcəli yollar bağlanıb.

Ümumilikdə, Nablusdan 8 nəfər, Xəlildən 7 nəfər, Tulkarəmdən 7 nəfər, Beytləhəmdən 5 nəfər, Səlfit və Qəlqiliyyədən isə hərəsindən 5 nəfər həbs olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice