Əsas səhifə » Rusiya və Çin XİN müavinləri regional məsələləri müzakirə ediblər

Rusiya və Çin XİN müavinləri regional məsələləri müzakirə ediblər

BAKI, AzerVoice

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Moskvada Çinli həmkarı Myao Deyu ilə keçirdiyi məsləhətləşmələr zamanı Ukrayna ətrafındakı vəziyyət, Suriya məsələsi və Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması müzakirə olunub.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın gündəliyindəki bir sıra məsələlər, o cümlədən Təhlükəsizlik Şurasının islahatı, Baş Assambleyanın canlandırılması, BMT baş katibinin “BMT-80” təşəbbüsü, Suriya və Ukrayna ətrafındakı vəziyyət və beynəlxalq hüquqa əsaslanan sabit və ədalətli dünya nizamının qurulması məsələləri ətraflı şəkildə müzakirə olunub.

Tərəflər, həmçinin BMT-nin beynəlxalq münasibətlərdə mərkəzi koordinasiya rolunun bərpası istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb və təşkilatın Nizamnaməsinin bütün prinsiplərinə bütöv və qarşılıqlı şəkildə əməl edilməsinin zəruriliyini qeyd ediblər.

Tərəflər BMT çərçivəsində Rusiya ilə Çin arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, qarşılıqlı mövqelərin əksər beynəlxalq məsələlər üzrə üst-üstə düşdüyünü qeyd edərək, bu strateji tərəfdaşlığı və hərtərəfli əməkdaşlığı daha da dərinləşdirməyə sadiq olduqlarını bildiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice