9
BAKI, AzerVoice
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiya paketini razılaşdırmağa çox yaxındır.
AzerVoice xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyanat verib.
Kallas həmçinin ABŞ-ın da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu cür tədbirlər Moskvanın Ukraynadakı münaqişənin həlli ilə bağlı təzyiqlərlə üzləşməsinə səbəb ola bilər.
Diplomat əlavə edib ki, “Yeddilər qrupu” (G7) ölkələrinin də Rusiyadan alınan neftə tətbiq olunan qiymət tavanının aşağı salınması ilə bağlı yeni razılaşma əldə edəcəklərinə ümid edir.