BAKI, AzerVoice
2025-ci ilin iyun ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 14 milyon 537 min 325 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 3 milyon 146 min 855 nəfər, beynəlxalq reyslər üzrə isə 0,1 faiz azalaraq 11 milyon 390 min 470 nəfər təşkil edib.
2025-ci ilin iyun ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 172 min 835 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq, 27 min 693 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 145 min 143 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyun ayı ilə müqayisədə 0,1 faiz artaraq, 94 min 71 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 22 min 856, beynəlxalq reyslər üzrə isə 0,4 faiz azalaraq 71 min 215 olub.
2025-ci ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 108 milyon 734 min 662 nəfər, yük daşınması isə 2 milyon 335 min 564 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.