Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    “Rəfahda humanitar şəhər” fələstinlilər üçün konslager rolunu oynayacaq – Olmert

    14 İyul 2025 11:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin sabiq baş naziri Ehud Olmert bəyan edib ki, müdafiə naziri Yisrael Katz tərəfindən Rəfah şəhərinin yerində salınması təklif edilən “humanitar şəhər” əslində fələstinlilər üçün “konslager” olacaq və sakinlərin oraya zorla köçürülməsi “etnik təmizləmə”yə bərabər olacaqdır.

    AzerVoice xəbər verir ki, Olmert bu barədə Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində deyib.

    O vurğulayıb ki, İsrail artıq Qəzza və İordan çayının qərb sahilində müharibə cinayətləri törədir. Onun fikrincə, belə bir şəhərin salınması müharibənin təhlükəli şəkildə dərinləşməsi demək olacaq.
    Xatırladaq ki, Yisrael Katz ötən bazar ertəsi bəyan etmişdi ki, o, orduya Rəfahda “humanitar şəhər” salmaq üçün plan hazırlamağı tapşırıb. Bu şəhər, nəticə etibarilə, Qəzza zolağının bütün əhalisinin yerləşdiriləcəyi yer kimi nəzərdə tutulur.

    İsrailin “Haaretz” qəzeti yazır ki, Katz bu şəhərin Rəfahın dağıdılmış ərazisində salınacağını, əvvəlcə isə təxminən 600 min fələstinlinin oraya təhlükəsizlik yoxlamasından sonra köçürüləcəyini bildirib. Bundan sonra həmin şəxslərin ərazidən çıxmasına icazə verilməyəcək.

    Olmert İsrailin hazırkı hərbi kampaniyasını hələlik “etnik təmizləmə” adlandırmasa da, bildirib ki, “döyüş bölgələrindən mülki əhalinin təhlükəsizlik məqsədilə təxliyə edilməsi beynəlxalq hüquqa görə qanunidir” və “hərbi əməliyyatlar başa çatdıqdan sonra fələstinlilər həmin ərazilərə qayıdıblar.”

    Lakin o əlavə edib ki, İsrail rəsmilərinin aylar boyu səsləndirdiyi sərt və zorakı bəyanatlar, o cümlədən bəzi nazirlərin Qəzzanın “təmizlənməsi” və orada yeni yəhudi yaşayış məntəqələrinin salınması çağırışlarından sonra, hökumətin bu “humanitar şəhər”in fələstinliləri qorumaq məqsədi ilə salınacağına dair iddiaları artıq inandırıcı deyil.

    Olmert deyib: “Əgər kimsə düşərgə salır və Qəzzanın yarıdan çoxunu ‘təmizləmək’ planlarını həyata keçirirsə, bu strategiyanın yeganə izahı budur: məqsəd fələstinliləri xilas etmək yox, onları köçürmək, sürgün etmək, uzaqlaşdırmaqdır. Mənim bununla bağlı başqa izahım yoxdur.”

    Qeyd edək ki, “humanitar şəhər” layihəsi İsrailin baş naziri Benyamin Netanyahunun dəstəyini qazanıb. İsrail mediasının məlumatına görə, Katzın müəyyən etdiyi ərazidə bu düşərgənin qurulması ilə bağlı İsrailin geri çəkilməkdən imtina etməsi, atəşkəs razılaşması üzrə gedən danışıqlarda əsas mübahisə nöqtələrindən birinə çevrilib.

    İsrailli hüquqşünaslar və insan haqları tədqiqatçıları bu planı insanlığa qarşı cinayətlərin nümunəsi kimi dəyərləndiriblər. Bəziləri isə xəbərdarlıq ediblər ki, əgər bu layihə həyata keçirilərsə və müəyyən şərtlər yerinə yetirilərsə, soyqırım cinayəti kimi də qiymətləndirilə bilər.

    Digər tərəfdən, İsrail ordusunun Baş Qərargah rəisi Eyəl Zamir də hökumət iclası zamanı bu təklifi tənqid edərək, onun ordu üçün əsas iki hədəfdən – HƏMAS-ı məğlub etmək və israilli girovların geri qaytarılmasını təmin etmək məqsədlərindən yayınma riski yaratdığını bildirib.

    Bundan başqa, planın təxmin edilən maliyyə yükü – təqribən 10–20 milyard şekel (yəni 3–6 milyard ABŞ dolları) – artıq iki ilə yaxın davam edən müharibənin artan iqtisadi xərcləri fonunda İsrail daxilində ictimai qəzəbi daha da artırıb.

    #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #İsrael Katz #Ehud Olmert
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    16 Fevral 2026 10:02

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46
    XƏBƏR LENTİ

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Yanvarda Azərbaycandan Ermənistana ixrac olunan məhsulların ümumi dəyəri açıqlandı

    Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib

    Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

    Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

    SEPAH Hörmüz boğazında təlimlər keçir

    Azərbaycanda turizm bələdçilərinin sertifikatlaşdırılması prosesi davam edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.