Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Aİ ABŞ-yə 21 milyard avro dəyərində gömrük rüsumları tətbiq edə bilər - İtaliya XİN

    14 İyul 2025 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Avropa İttifaqı (Aİ), Brüssel ilə Vaşinqton arasında razılaşma əldə olunmasa, ABŞ məhsullarına qarşı 21 milyard avro dəyərində gömrük rüsumları tətbiq etməyə hazırdır.

    AzerVoice xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani məlumat verib.

    Tayaninin sözlərinə görə, Böyük Britaniyanın etdiyi kimi prinsipial bir razılaşma əldə etmək olar və sonrakı aylarda ayrı-ayrı ticarət bölmələri üzrə texniki danışıqlara başlamaq mümkündür. O əlavə edib ki, əgər razılaşma əldə olunmazsa, Avropa İttifaqı artıq 21 milyard avro dəyərində gömrük rüsumlarını əhatə edən siyahını hazırlayıb və bu siyahıya əlavə rüsumlar da daxil edilə bilər.

    “Əminəm ki, irəliləyiş əldə olunacaq. Gömrük rüsumlarından hər kəs, o cümlədən ABŞ da zərər görür. Əgər fond bazarları çöksə, amerikalıların pensiyaları və əmanətləri təhlükə altında qala bilər. Mən təkrar edirəm: bizim gələcək hədəfimiz sıfır tariflər, Kanada, ABŞ, Meksika və Avropa arasında açıq bazardır” - deyə, Tayani bildirib.

    Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında Avropa Komissiyası rəhbərinə ünvanladığı məktubu paylaşmışdı. Məktubda qeyd olunurdu ki, avqustun 1-dən etibarən ABŞ, Avropa İttifaqından idxal olunan məhsullara 30 faiz gömrük rüsumu tətbiq edəcək. Bildirilirdi ki, bu yeni tariflər sektor üzrə tətbiq olunan və hazırda 10 faiz təşkil edən rüsumlardan əlavə olacaq.

    Avropa Komissiyası isə bəyan edib ki, bu cür rüsumlar Avropa ixracını sarsıdacaq və əsas transatlantik təchizat zəncirlərinə zərbə vuracaq. Komissiyanın mətbuat xidməti tərəfindən yayılan açıqlamada vurğulanıb ki, avqustun 1-ə qədər Avropa İttifaqı ABŞ ilə razılaşma əldə etməyə çalışacaq, eyni zamanda cavab tədbirlərini də hazırlayacaq.

    #ABŞ #Avropa İttifaqı (Aİ) #rüsumlar #Gömrük rüsumları #Antonio Tayani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    6 Noyabr 2025 12:04

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir - Hakan Fidan

    5 Noyabr 2025 16:10

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46

    Qəzza atəşkəsinin monitorinqi çətindir - ABŞ Milli Kəşfiyyat Direktoru

    4 Noyabr 2025 09:39

    ABŞ-də hökümət üzvləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülüb

    3 Noyabr 2025 19:23

    Aİ və Azərbaycan arasında media sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

    3 Noyabr 2025 15:23

    Əş-Şaraa Vaşinqtona səfər edəcək

    1 Noyabr 2025 22:09
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib

    Türkiyədən Azərbaycana sement ixracı 35 milyon dolları keçib (ÖZƏL)

    "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilir

    Türkiyə, Suriya rəsmilərinə tətbiq olunan sanksiyaların ləğvini alqışlayıb

    Türkiyədə futbolçular və hakimlər mərclik iddiaları ilə saxlanılıb

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    Səudiyyə Ərəbistanına məxsus təyyarədə bomba xəbərdarlığı panikaya səbəb oldu

    Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 178 nəfər saxlanılıb

    Türkiyədən Azərbaycana hazır geyim ixracı 44 milyon dolları keçib (ÖZƏL)

    Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.