Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Uitkoff Dohada keçirilən atəşkəs danışıqlarında iştirak etmir

    12 İyul 2025 22:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Qətərin paytaxtı Dohada keçirilən atəşkəs danışıqlarında hələ ki, iştirak etmir.

    AzerVoice xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

    Mənbələrin verdiyi məlumata görə, Uitkoff yalnız məsləhətləşmələr yekun mərhələyə çatdıqda Dohaya gəlməyi planlaşdırır. Həmçinin qeyd olunub ki, hazırda HƏMAS BMT xətti ilə Qəzza zolağına göndəriləcək humanitar yardımın keyfiyyəti ilə bağlı bəndlərə düzəlişlər edir.

    Qeyd edək ki, iyulun 6-da HƏMAS və İsrail arasında Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Dohada atəşkəs və Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi məqsədilə danışıqlar prosesi bərpa olunub. İyulun 8-də Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, danışıqlar hələ başlamayıb və Qətər ilə Misir vasitəçiləri hazırda HƏMAS və İsrail nümayəndələri ilə fikir ayrılıqlarının aradan qaldırılması və gələcək danışıqların çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə məsləhətləşmələr aparırlar. O, həmçinin vurğulayıb ki, Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunması vaxt tələb edəcək.

    #İsrail #Qəzza zolağı #BMT #ABŞ #Misir #Qətər #HƏMAS #Doha #Stiven Uitkoff #Qəzza atəşkəsi çağırışı #İsrail-HƏMAS danışıqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    16 Fevral 2026 10:02

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    15 Fevral 2026 16:00
    XƏBƏR LENTİ

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Yanvarda Azərbaycandan Ermənistana ixrac olunan məhsulların ümumi dəyəri açıqlandı

    Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib

    Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

    Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.