Əsas səhifə » ABŞ ədliyyə naziri azı 20 nəfəri işdən çıxarıb

ABŞ ədliyyə naziri azı 20 nəfəri işdən çıxarıb

BAKI, AzerVoice

ABŞ ədliyyə naziri və baş prokuroru Pem Bondi, sabiq xüsusi prokuror Cek Smitin ABŞ prezidenti Donald Trampa qarşı apardığı araşdırmalarda iştirak etmiş ən azı 20 nəfəri vəzifəsindən uzaqlaşdırıb.

AzerVoice xəbər verir ki, bu barədə “ABC News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vəzifədən çıxarılan şəxslər arasında həm prokurorlar, həm də məhkəmə proseslərində əsas rol oynamayan köməkçilər olub. Onların vəzifədən uzaqlaşdırılması, Bondi tərəfindən bu ilin fevralında yaradılmış xüsusi işçi qrupunun fəaliyyəti ilə əlaqələndirilir. Həmin qrup Trampa qarşı aparılmış araşdırmalarda siyasi motivlərin olub-olmadığını təhlil etməli idi.

Xatırladaq ki, Cek Smit vaxtilə Trampı gizli sənədləri düzgün saxlamamaqda və 2021-ci ilin yanvarında prezident seçkilərində məğlub olmasına baxmayaraq hakimiyyətdə qalmağa cəhd etməkdə ittiham edərək cinayət işi qaldırmışdı. Lakin hər iki iş sonradan bağlanmışdı. Smit isə bu ilin yanvarında Ədliyyə Nazirliyindən ayrılmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice