Əsas səhifə » Yunanıstanda miqrantlarla bağlı yeni düzəliş qəbul edilib

Yunanıstanda miqrantlarla bağlı yeni düzəliş qəbul edilib

BAKI, AzerVoice

Yunanıstan parlamenti, 177 lehinə, 74 əleyhinə və 42 bitərəf səslə Şimali Afrikadan dəniz yolu ilə qeyri-qanuni şəkildə gələn miqrantların sığınacaq müraciəti təqdim etməsini dayandıran düzəlişi qəbul edib.

AzerVoice xəbər verir ki, bu barədə yunan KİV məlumat yayıb.

Yeni qanuna əsasən, bu miqrantlar qeydiyyata alınmadan ölkələrinə geri göndəriləcək. Həmçinin onların saxlanması üçün xüsusi mərkəzlərin yaradılması planlaşdırılır və onlardan birinin Krit adasında yerləşəcəyi bildirilir.

Nəşr yazır ki, Yunan hökuməti miqrasiya böhranına qarşı sərt mövqe tutub.

Digər Kateqoriyalar

2025 © Azervoice