13
BAKI, AzerVoice
İranın cənub‑şərqində yerləşən Sistan‑Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında atışma baş verib.
AzerVoice yerli KİV-ə istinadən xəbər verir ki, atışmada üçü polis olmaqla dörd nəfər həlak olub, iki nəfər isə yaralanıb.
Rəsmi açıqlamada silahlı qrupun qarşıdurmadan sonra qaçdığı, lakin aparılan əməliyyatlar nəticəsində həmin qrupun mühasirəyə alındığı qeyd edilib.
Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.